Formula 1 Azərbaycan Qran-Prisinin qalibi “Red Bull Racing Honda” komandasının pilotu Serxio Peres qələbə sevincini bölüşüb. O, deyib: “Bakıda Formula 1 yarışları həyəcanlı olur. Maks Ferstappenə görə çox məyusam. O, yürüşə gözəl start vermişdi və çıxışı uğurla alınırdı. Əgər hər ikimiz mükafatçılar arasında olsaydıq, bu, daha yaxşı olardı. Yürüş boyu “Mercedes”in pilotu Luis Hamilton bolidini uğurla idarə edirdi. Bizim pit-stop da çox sürətli idi. Təbi ki, bunu “Mercedes”ə də aid etmək lazımdır. Bütün yürüş boyu Luis Hamiltonun təzyiqini hiss etdirdim”.
Serxio Peres: “Maks Ferstappenə görə çox məyusam”