Ukrayna Avro-2020-ə Krım ilə çıxacaq

Ukrayna Avro-2020-ə Krım ilə çıxacaq

Avro 2020-də iştirak edəcək Ukrayna millisinin Krım əks olunan forması bütün qaydalara uyğundur. Bu barədə UEFA-nın mətbuat xidmətindən məlumat verilib.

“Avropa çempionatında iştirak edəcək Ukrayna millisinin forması digər iştirakçı komandalar kimi, qaydalara uyğun olaraq UEFA tərəfindən təsdiq edilib”, - deyə UEFA-dan bildiriblər.

Qeyd edək ki, millinin yeni formasının üzərində Krım yarımadası daxil olmaqla Ukraynanın ərazisi işarələnib. Mərkəzdə isə Ukrayna millisinin gerbi təsvir olunub. Artıq bir çoxları bunun provokasiya olduğunu deyib.

Məlumat üçün bildirək ki, Rusiya Dövlət Duması UEFA-ya formanı qadağan etməsini səsləyib.