AVRO-2020: İtaliya açılış matçında “ay-ulduzlular”a böyük hesabla qalib gəldi

AVRO-2020: İtaliya açılış matçında “ay-ulduzlular”a böyük hesabla qalib gəldi

Olimpizm xəbərləri

12.06.2021, 01:34

Türkiyə və İtaliya milliləri arasında futbol üzrə AVRO-2020-nin açılış matçı başa çatıb. Romadakı “Olimpiko” stadionunda keçirilən qarşılaşma İtaliya seçməsinin qələbəsi ilə başa çatıb - 3:0. Oyunun birinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də bütün qollar fasilədən sonra vurulub. AVRO-2020-nin ilk qolu avtoqol sayəsində qeydə alınıb. Matçın 53-cü dəqiqəsində Domeniko Berardinin cinah ötürməsindən sonra Merih Demiral topu öz qapısına göndərib. “Skuadra adzura” növbəti dəfə matçın 66-cı dəqiqəsində fərqlənib. Türkiyə millisinin cərimə meydançasında qarışıqlıqdan istifadə edən Çiro İmmobile hesab arasındakı fərqi artırıb. Matçın 79-cu dəqiqəsində İtaliya millisi üçüncü topu “ay uduzlular”ın qapısından keçirib. Uğurcan Çakırın kobud səhvindən sonra Lorentso İnsinya fərqlənib. Qalan dəqiqələr hər iki komandanın qarşılıqlı hücumları ilə keçsə də hesab dəyişilməyib. A qrupunun digər görüşü iyunun 12-də İBakı Olimpiya Stadionunda təşkil olunacaq. Həmin qarşılaşmada İsveçrə və Uels komandaları üz-üzə gələcəklər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR