Paytaxtımız bu gün AVRO-2020-nin oyununa ev sahibliyi edəcək

Paytaxtımız bu gün AVRO-2020-nin oyununa ev sahibliyi edəcək

Bu gün futbol üzrə 16-cı Avropa çempionatında üç oyun təşkil olunacaq. Bu qarşılaşmaıardan biri A qrupunda, digər ikisi isə  B qrupunda olacaq. A qrupundakı Uels-İsveçrə görüşü Bakı Olimpiya Stadionunda olacaq. Bu, Azərbaycan paytaxtında təşkil olunacaq. Fransalı Kleman Turpenin idarə edəcəyi oyun saat 17:00-da start götürəcək.
Komandalar böyük turnirlərin final mərhələlərində ilk dəfə üz-üzə gələcəklər. İndiyədək iki yığma arasında oynanılmış 7 oyunun 5-də İsveçrə, 2-də isə Britaniya təmsilçisi qələbə qazanıb.
B qrupunda turnirin iddialı komandalarından, hazırda FIFA reytinqində ilk pillədə qərarlaşan Belçika yığması Rusiya ilə üz-üzə gələcək. qrupun digər oyununda isə Danimarka Avropa çempionatının debütantı Finlandiya ilə qarşılaşacaq. Görüşlər müvafiq olaraq 20:00-da və 23:00-da start götürəcək.
Xatırladaq ki, çempionatın açılış oyunu dünən Türkiyə və İtaliya komandalarının oyunu ilə start götürüb. Görüş İtaliya komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.