Zəka sahibimiz “Gelfand Challenge”də növbəti oyunlarını keçirib

Zəka sahibimiz “Gelfand Challenge”də növbəti oyunlarını keçirib

Olimpizm xəbərləri

12.06.2021, 12:04

Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də iştirak etdiyi  “Julius Baer Challengers Chess Tour” turnirinin “Gelfand Challenge” adlı ikinci mərhələsinin növbəti 5 turunun oyunları keçirilib. Şahmatçımız bu qarşılaşmaların ikisində qələbə qazanıb, birində heç-heçə edib, daha ikisində isə məğlub olub. G.Məmmədzadə 6 xalla turnir cədvəlində 8-ci yerdədir. Turnirdə hər birində 10 şahmatçı olmaqla iki komanda mübarizə aparır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir. Qeyd edək ki, beş turnirdən ibarət olan “Julius Baer Challengers Chess Tour”un final mərhələsinin oyunları sentyabrın 9-13-də baş tutacaq.

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR