Polşanın paytaxtı Varşavada güləş üzrə “Poland Open” turniri davam edir. Sərbəst və qadın güləşçilərin ardından yunan-Roma güləşçiləri də yarışda mübarizəyə qoşulublar.
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov da bu gün turnirdə xalça üzərinə çıxıb. 82 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız 1/4 finalda Raybek Bisultanovu (Danimarka) mübarizədən kənarlaşdırıb. Lakin güləşçimiz növbəti mərhələdə ukraynalı Yaroslav Filçakova 3:4 hesabı ilə uduzaraq finaıa yüksələ bilməyib. Rafiq Hüseynov bürünc medal uğrunda görüşdə Maqnus Qroyenviklə (Norveç) üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl Hacı Əliyev (70 kq) bürünc, Mariya Stadnik (50 kq) isə qızıl medal qazanıb.
Polşada bürünc medal şansı