Serbiyalı tennisçi Novak Cokoviç "Rolan Garros" turnirinin yarımfinal oyununda ispaniyalı Rafael Nadalı məğlub edib. Parisdə keçirilən görüş 3:6, 6:3, 7:6 (7:4), 6:2 hesabı ilə 34 yaşlı serbiyalının qələbəsi ilə başa çatıb.
Həlledici görüşdə N.Cokoviçin rəqibi dünyanın beşinci raket ustası Yunan Stefanos Tsitsipas olacaq. Final görüşü iyunun 13-də təşkil olunacaq.
Cokoviç "Rolan Garros"un finalında