Adil Kazımlı: “Belə mötəbər yarışda Azərbaycanı təmsil etmək xüsusi əhəmiyyət daşıyır”
Taekvondo
Bugün, 15:00
“Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmək mənim üçün böyük məsuliyyətdir”.
Bu sözləri Olimpnews.az-a müsahibəsində Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandasının taekvondoçusu Adil Kazımlı (-73 kq) deyib.
Gənc idmançı Oyunlara hazırlıq prosesindən və qarşıdakı yarışla bağlı hədəflərindən danışıb.
“2024 və 2025-ci illərdə Azərbaycan çempionu olmuşam. Bundan əlavə, 2026-cı ildə Qazaxıstanda keçirilən beynəlxalq yarışda üçüncü yeri tutmuşam. Bu nəticələr mənim üçün mühüm təcrübə olub və qarşıdakı yarışlara daha böyük motivasiya ilə hazırlaşmağıma kömək edib.
Yeniyetmələrin Yay Olimpiya Oyunları kimi mötəbər yarışda Azərbaycanı təmsil etmək mənim üçün həm böyük məsuliyyət, həm də xüsusi əhəmiyyət daşıyır. Hazırlıq prosesimiz artıq yekunlaşmaq üzrədir və yarışa ciddi şəkildə hazırlaşmışıq. Qarşıya qoyduğumuz məqsədə çatmaq üçün bütün gücümüzü ortaya qoyacağıq.
İnanıram ki, Dakarda uğurlu nəticə qazanaraq ölkəmizi layiqincə təmsil edəcəyik. Əsas istəyim Vətənə qələbə ilə qayıtmaq və Azərbaycan bayrağını yüksəklərə qaldırmaqdır”, – deyə Adil Kazımlı bildirib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Mədəni irsimizin və yaddaşımızın güzgüsü: idman tarixi, zorxanalar və inkişaf yolumuz
Bugün, 15:27 Olimpiya dünyası
-
Adil Kazımlı: “Belə mötəbər yarışda Azərbaycanı təmsil etmək xüsusi əhəmiyyət daşıyır”
Bugün, 15:00 Taekvondo
-
Üç güləşçimiz dünyaçempionatında məğlub oldu
Bugün, 14:37 Olimpizm xəbərləri
-
ACF-də adaptiv cüdo üzrə təlimlər keçirilir
Bugün, 13:34 Olimpizm xəbərləri
-
Elnur Amanov: “Ümid edirəm ki, keçdiyimiz hazırlıq prosesi uğurlu çıxış etməyimizə kömək edəcək”
Bugün, 13:27 Taekvondo
-
Tunar Quliyev: “Əsas məqsədimiz ölkəmizi layiqincə təmsil etməkdir”
Bugün, 12:35 Güləş
-
Azərbaycanın iki taekvondoçusu Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çıxış edəcək
Bugün, 12:23 Taekvondo
-
Oyan Nəzəriani: “Ümid edirik ki, uğurlarımızı Olimpiya Oyunlarında da təkrarlaya biləcəyik”
Bugün, 12:04 Güləş
-
İbrahim Talıbov: “İnanıram ki, Dakarda uğurlu çıxış edəcək və bayrağımızı yüksəklərə qaldıracağam”
Bugün, 11:24 Cüdo
-
Braziliya ciu-citsusu üzrə açıq turnirdə “Judo Club 2012”nin uğuru
Bugün, 11:15 Əlbəyaxa döyüş növləri
-
Emin İskəndərov: “8 il sonra yenidən eyni uğuru təkrarlamaq istəyirik”
Bugün, 11:03 Cüdo
-
Azərbaycan Kuboku: Bu gün II təsnifat mərhələsinə yekun vurulacaq
Bugün, 10:42 Futbol
-
"Turan" CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxır
Bugün, 10:24 Voleybol
-
"Gəncə" Avropa Kubokunda növbəti oyununa çıxacaq
Bugün, 10:17 Voleybol
-
Əbu-Dabidə “Böyük Dəbilqə” turniri start götürür
Bugün, 10:00 Cüdo
-
Afrika qitəsində ilk Olimpiya həyəcanı: Dakar-2026
28.10.2026, 18:47 Olimpiya dünyası
-
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi keçiriləcək
28.10.2026, 17:28 Cüdo
-
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
28.10.2026, 17:14 Cüdo
-
Millimiz FIFA U-15 dünya çempionatında Çili yığmasna məğlub oldu
28.10.2026, 16:36 Futbol
-
Azərbaycan boksçularının Avropa çempionatlarında medal sayı 25-ə yüksəlib
28.10.2026, 15:24 Boks
-
Bu gün Ümumdünya Cüdo Günüdür
28.10.2026, 13:29 Cüdo
-
Azərbaycan komandası Dakar-2026-da 13 idmançı ilə mübarizə aparacaq
28.10.2026, 11:32 Olimpiya dünyası
-
U-15 dünya çempionatı çərçivəsində iştirakçılar üçün əyləncəli festival keçirilib
28.10.2026, 11:09 Futbol
-
“Ümid edirik ki, Dakardan medallarla qayıdacağıq”
28.10.2026, 11:02 Müsahibə
-
Bakıda Dünya Atletikasının dəstəyi ilə seminar keçirilir
28.10.2026, 10:53 Atletika
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə qayıdıblar
28.10.2026, 10:48 Güləş
-
“Judo Club 2012” Bakı birinciliyində komanda hesabında qalib oldu
28.10.2026, 10:27 Cüdo
-
Ölkə birinciliyində aerobika gimnastikası üzrə ilk qaliblər müəyyənləşib
28.10.2026, 00:34 Gimnastika
-
Bakı birinciliyinin qalibləri müəyyənləşib
27.10.2026, 20:18 Cüdo
-
Klassiklərimiz dünya çempionatını ikinci pillədə başa vurublar
27.10.2026, 19:42 Güləş
-
Azərbaycan və Hindistan gənclər və idman sahələrində əməkdaşlığı müzakirə ediblər
27.10.2026, 18:00 Olimpiya dünyası
-
Dakar-2026-da Azərbaycan komandasının bayraqdarları müəyyənləşib
27.10.2026, 14:41 Olimpiya dünyası
-
Beynəlxalq elmi simpoziumda Azərbaycanın güləş platforması yüksək qiymətləndirilib
27.10.2026, 13:13 Güləş
-
Azərbaycan təmsilçisi avrokuboklarda ilk oyununa çıxır
27.10.2026, 11:28 Olimpizm xəbərləri