Şəhid övladları üçün idman festivalı təşkil olunub
BOK
20.06.2021, 15:27
Göygöldə “Qəhrəman övladları” adlı idman festivalı təşkil edilib. Festival “Cavad Xan” Tarix və Mədəniyyət Fondu, “Qardaşlıq” qrupu, Göygöl Gənclər və İdman İdarəsi, Gəncə Regional Mədəniyyət İdarəsi, Göygöl Olimpiya və İdman Kompleksi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə keçirilib. Göygöl Olimpiya İdman Kompleksində keçirilən tədbirdə Gəncə və Göygöldən 67 ailədən 118 şəhid övladı (7-12 yaş qrupu) iştirak edib.
Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk bildirib ki, Azərbaycanın qəhrəmanları 44 gün ərzində Qarabağdakı 30 illik əsarətə son qoyaraq nəsildən-nəslə ötürüləcək böyük bir qəhrəmanlıq dastanına imza atmaqla tarix yazdılar. Ölkəsinin bütövlüyü üçün canını verən hər bir şəhid, həyatını riskə atan hər bir qazi bu millətin ortaq dəyəridir: “Şəhidlərimizin geridə qoyduğu digər yaxınları ilə yanaşı, övladları bu millətə əmanətdir. Ümid edirəm, bu yadigarları azərbaycanlı qardaşlarımızla birlikdə qoruyacağıq, şəhidlərimizin ruhunu əsla incitməyəcəyik və hər zaman qazilərimizin yanında olacağıq.
“Bir millət, iki dövlət” anlayışı ilə güclənən siyasi, hərbi, iqtisadi, sosial və mədəni sahələrdəki münasibətlərimiz bu dəfə şəhid övladlarımızın rəqabət sevincini bölüşərək gənc zəkalarda güclənəcək və çiçəklənəcək. İki ölkə arasında sevinc və kədər içində birlik ruhunu yeni nəsillərə ötürmək bəlkə də bu festivalın ən mənalı tərəflərindən biri olacaq. Çünki biz birlikdə güclüyük. Bu mesajı hələ keçən həftə iki qardaş ölkənin prezidentləri Şuşadakı tarixi görüşdə yüksək səslə gözəl bir şəkildə dilə gətirdilər".
Baş konsul tərəfindən komandalara kapitanlıq və mükafatlandırma Azərbaycanın məşhur idmançılarından olan Olimpiya, Dünya, Avropa çempionları və mükafatçıları Hacı Əliyev, Namiq Abdullayev, Mövlud Mirəliyev, Rövşən Bayramov, Mariya Stadnik, Şərif Şərifov, Şahmuraz Qasımov, Ramil Qasımov və Hakim Nəzərəliyevə həvalə edilib.
Festivalda Gəncə və Göygöldən olan məşqçilərin və idmançıların bir neçə idman növü üzrə nümunəvi çıxışları təqdim edilib, şəhid övladlarına xoşladıqları idman növünə yerindəcə yazılmaq və təmənnasız məşğul olmaq imkanı yaradılıb.
Tədbir Gəncə Dövlət Dram Teatrının və Gəncə Kukla Teatrının maraqlı səhnələri, Gəncə Dövlət Filarmoniyasının musiqi və rəqs qruplarının çıxışları ilə davam edib.
Layihənin əsas məqsədi şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmət və ehtiram ifadəsi, şəhid övladlarının sağlam həyat tərzinə istiqamətləndirilməsi, onları neqativ təsirlərdən uzaqlaşdırmaq və idmana olan marağın artırılması, psixoloji dəstək göstərmək, istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK