Olimpiya oyunları və kommersiya
Olimpizm xəbərləri
20.06.2021, 15:59
Beynəlxalq Olimpiya Komitəsinin 1984-cü ilin dekabrında keçirilən 89-cu sessiyasının gündəliyində duran əsas mövzulardan biri Olimpiya oyunlarının gələcək taleyi ilə bağlı idi. Burada müzakirə olunan başlıca məsələlər siyasi münaqişələrin Olimpiya Hərəkatına təsiri, müasir mərhələdə Olimpiya oyunlarının problemləri, Olimpiya ideallarına sədaqət, dopinqdən istifadə, Olimpiya oyunlarının baykot edilməsi idi. Müasir dövrdə Olimpiya Hərəkatını narahat edən problemlərdən biri də idmanın kommersiya xarakteri almasıdır.

XX əsrdə dünya və Olimpiya rekordlarının siyahısı bəşəriyyətin cismani, psixoloji, intellektual kamilliyinin təntənəsi demək idi. Müasir Olimpiya oyunları mərdlik, cəsurluq, güc, qüvvət, qələbəyə gedən yolda iradəlilik, və zəhmətsevərlik kimi yüksək insani keyfiyyətlərin tərənnümünü ifadə edirdi. Bu oyunlar həm də qeyri-adi, xoşbəxt, dramatik, hərdən də faciəli insan taleləri demək idi.
Şübhəsiz ki, idman, Olimpiya oyunları, Olimpiya Hərəkatı dünya ictimaiyyətinin daim diqqət mərkəzində olan hadisələrdən biri kimi sosial həyatda aparıcı rol oynayır. Bunu daim genişlənməkdə olan idman qurğularının inşası, kadrların hazırlanması, idman elminin inkişafı da təsdiq edir. Heç kəsə sirr deyildir ki, bu gün idman ideyaları insan sağlamlığına, tərbiyəsinə, təhsilinə, olimpizm, Olimpiya ideyaları isə daha sabit, sülhsevər dünyanın təmin olunmasına xidmət edir.
XIX əsrin axırlarında təşəkkül tapmış müasir Olimpiya oyunlarını Olimpiya ideyası ilə idmanın qarşılıqlı əlaqəsinin nəticəsi kimi qiymətləndirmək olar. Olimpiya ideyası, Olimpiya oyunları çərçivəsində idman, sanki, ikinci dəfə həyata vəsiqə qazanıb. Təcrübə göstərir ki, idman Olimpiya oyunları olmadan da inkişaf edə bilər, lakin Olimpiya oyunlarını idmansız təsəvvür etmək mümkün deyil. Məhz elə buna görə də olimpiadalar olimpizim prinsipindən daha çox idman qanunları çərçivəsində inkişaf edirdi. Xüsusilə son onillikdə idmanda əxlaqi-etik və mənəvi prinsiplərin dəyərdən düşməsi XX əsrin sosial problemləri ilə sıx bağlı idi. Bütün bunlar idmanın kommersiya xarakteri almasını, sanki, asanlaşdırırdı.

İdmanın aktiv surətdə kommersiya xarakteri alması dövlət tərəfindən maliyyə yardımı, maliyyə dəstəyi tələb edirdi. Televiziyanın, reklam agentliklərinin və sponsorların daha çox şou xarakterli idman növlərinə üstünlük vermələri ayrı-ayrı növlərin diskriminasiyaya uğramasına gətirib çıxarırdı. Yunan-Roma güləşi, su polosu, suya tullanma, müasir beşnövçülük və s. idman növləri nə tamaşaçıların, nə də müxtəlif kompaniyaların marağına cavab verirdi. Başqa sözlə desək, bu idman növləri onların maraq və tələblərinə cavab vermirdi. Buna görə də həmin idman növlərinin nümayiş etdirilməsi istər-istəməz maliyyə problemi yaradırdı. Digər idman növlərinə gəlincə isə, məsələn, tennis, hokkey, yüngül atletika, dağ xizəyi idmanı tamaşaçıların diqqət mərkəzində olduğu üçün bu cür problemlərlə üzləşmirdi. Beləliklə, Olimpiya proqramına daxil olan idman növləri "kasıb" və "varlı"lara bölünürlər. Təbiidir ki, müxtəlif idman növləri nümayəndələri və beynəlxalq idman federasiyaları yüksək nailiyyətlərlə müşahidə olunan idmanın kommersiyalaşmasına birmənalı münasibət bəsləmirlər. Birincilər, əlbəttə, idmanın peşəkar səviyyədə inkişafı və kommersiya xarakteri almasına öz etirazlarını bildirərək, hökumətdən maliyyə yardımı tələb etmək üçün dəridən-qabıqdan çıxırlar.
Qeyd edək ki, Olimpiya oyunlarından yalnız Afina-1896 (bu oyunların keçirilməsi üçün yalnız bir yunan mesenantı vəsait qoymuşdu) və Paris-1900 (Ümumdünya sərgisinin mədəni proqramı çərçivəsində keçirilirdi) Olimpiya Oyunları kommersiyadan uzaq yarışlar kimi tarixə düşüb. Müasir olimpizmin banisi Pyer de Kuberten bu cür irimiqyaslı idman yarışlarının yüksək səviyyədə təşkili üçün başqa vasitələrə əl atmalı oldu, yəni sponsorların axtarılması labüd idi. Beləliklə, 1984-cü ildə Amerikanın Sent-Luis şəhərində keçirilən Olimpiya oyunları tarixə oyunların kommersiyalaşmasının apogeyi kimi daxil oldu. Yarışlara çoxlu pul vəsaiti qoyulması olimpiadaların müqəddəsliyini şübhə altına qoyurdu. Bu, sonda həvəskarların iştirakı ilə keçirilən təntənəli idman bayramının peşəkarların şousuna, tamaşasına çevrilməsinə gətirib çıxarırdı. Amerikanın En-bi-si televiziya şirkəti Pekin-2008 XXIX Yay Olimpiya Oyunlarının birbaşa yayımlanması üçün 3,5 milyard dollar vəsait ayırmışdı. Qeyd edək ki, Çinin digər namizəd ölkələri geridə qoyaraq növbəti olimpiadaya ev sahibliyi hüququnu qazanması hadisəsi də bu ölkənin nəhəng idman dövlətinə çevrilməsindən başqa, həm də kommersiya səbəbləri ilə izah olunur. Deməli, Olimpiya oyunları gözəl və möhtəşəm idman bayramı olmaqla bərabər, həm də biznesdir. Nəhayət, olimpiada həm də böyük siyasətdir. Dünyanın nəhəng dövlətləri möhtəşəm idman bayramında bir daha öz müqəddaratlarını təsdiq etmiş olurlar.
Olimpiya Hərəkatının prinsiplərindən birində deyilir: "İdman siyasətdən uzaqdır". Beynəlxalq Olimpiya Komitəsinin 2001-ci ildə (13-16 iyul) Moskvada keçirilən sessiyasının gedişi isə bunun əksini təsdiq edirdi. 21 il Beynəlxalq Olimpiya Hərəkatına rəhbərlik etmiş Xuan Antonio Samarançın vəzifədən getməsi bir çoxlarını bu hərəkatın tarixinə yenidən nəzər salmağa məcbur etdi.
1896-cı ildə keçirilən müasir Olimpiya oyunları tarixə marafonçu Spiridon Luisin qəhrəmanlığı ilə daxil oldu. Deyilənə görə, Luis bu yarışa rota komandirinin xahişi və təkidi ilə qoşulmuşdu. Bəzi mənbələrdə çoban, bəzisində isə poçtalyon olduğu göstərilən yunan atleti Spiridon Luis 400 metr məsafəni 2 saat 58 dəqiqəyə qət edərək müasir Olimpiya oyunlarının ilk qalibi adına layiq görülmüşdü.
1900-cü ildə keçirilən Olimpiya oyunları Fransanın paytaxtında təşkil olunmuş Ümümdünya sərgisi ilə bir vaxta düşdüyündən o qədər ətraflı işıqlandırılmadı.
Dörd ildən sonra okeanın o tayında - Amerikanın Sent-Luis şəhərində təşkil edilən III Olimpiya Oyunlarının təşkilatçıları oyunları yaxşı təşkil etmək üçün artıq xərcə düşmək istəmədilər. Məsələn, üzgüçülərin yarışı çayda təşkil edildiyindən idmançılar bir sıra çətinliklərlə üzləşməli oldular.
Totalitar faşist rejiminin yaranması ilə əlaqədar 30-cu illərin ortalarından başlayaraq Olimpiya oyunlarına olan münasibət də dəyişdi. Hitler və Mussolini kimi tiranlar bu cür irimiqyaslı idman yarışından öz məkrli məqsədləri üçün məharətlə istifadə etməyə başladılar. 1936-cı il Berlin Olimpiadası faşistlərin "idman həmləsi" kimi yadda qaldı. Təsadüfi deyildir ki, bu oyunlarda proqramın hər üç növündə Olimpiya rekordlarını təzələyən qara dərili yüngül atlet Cessi Ouensin qələbəsi alman millətçilərinin ürəyincə deyildi. Alman reyxinin başçısı fürer də yarışları tribunadan birbaşa izləyirdi. Qəzəblənmiş fürer sonuncu qızıl medal Cessi Ouensə təqdim olunanda acıqla stadionu tərk etmişdi.
Nasistlər hətta əsası olmayan fərziyyələr yürüdərək yunan sivilizasiyasını məhz alman tayfalarının yaratdığını iddia etməkdən belə çəkinmirdilər.
Münhen-1972 Olimpiya Oyunları isə faciəli terror hadisəsi ilə yadda qaldı. Sentyabrın 5-i, Olimpiya oyunlarının 11-ci günü bir qrup şəxs Olimpiya kəndinə daxil olaraq tələbləri yerinə yetirilmədiyi təqdirdə girovları öldürəcəkləri ilə hədələdilər.
XX əsrin 80-ci illəri SSRİ və ABŞ kimi iri dövlətlərin ideoloji müharibə dövrünə təsadüf edirdi. İki antoqonist - sosialist və kapitalist bloku arasında yaranan soyuq müharibədən zərərçəkənlər isə 4 ildə bir dəfə beynəlxalq idman yarışına toplaşan idmançılar oldular. Amerika və onun tərəfdarları Moskva Olimpiadasını (1980), Şərqi Avropa ölkələri də öz növbəsində Los-Anceles Oyunlarını (1984) baykot etdilər. Oyunların kommersiyalaşması prosesi də məhz həmin olimpiadadan başladı. Los-Anceles Olimpiya Oyunlarının təşkilatçıları bu yarışları kommersiya xarakterli super-attraksiona çevirməyə nail oldular.
BOK-un 1986-cı il oktyabrın 14-də keçirilən 91-ci sessiyası müasir Olimpiya Hərəkatının yaranmasının 90 illiyinə təsadüf edirdi. Yubiley sessiyası peşəkar idmançıların Olimpiya oyunlarına buraxılması haqqında qərar qəbul etdi. Bu, Olimpiya oyunlarına yenidən həyat verən Pyer de Kubertenin həvəskar idmanının təbliği prinsiplərinə zidd idi. Çoxlarının narazılığına səbəb olan bu qərara etiraz səsini ucaldanlar haqlı olaraq Olimpiya oyunlarının həvəskar idmanının nümayişindən peşəkarların iştirakı ilə keçirilən irimiqyaslı çempionata çevriləcəyini iddia edirdilər. Məhz elə bu sessiyada qış və yay Olimpiya oyunlarını 2 ildən bir növbələşdirmək haqqında təklif səsə qoyuldu və yekdilliklə qəbul olundu. Son nəticədə məlum oldu ki, bu qərar Olimpiya yarışlarının yayımlanması ilə məşğul olan teleşirkətlərin tələbi ilə qəbul edilib. Peşəkarların Olimpiya oyunlarında iştirakı ilə bahəm idmanın kommersiya xarakteri alması, öz növbəsində, böyük və qlobal problemə çevrilən və çətin nəzarət olunan dopinqə yaşıl işıq yandırdı.
Maraqlı faktdır ki, BOK-a yeni prezident seçkilərində Jak Roqqun əsas rəqibi kanadalı, ixtisasca hüquqşünas, BOK-un marketinq komissiyasının sədri Riçard Paund idi. 1981-ci ildən bu vəzifəni tutan Paund Olimpiya oyunlarının maliyyələşdirilməsində böyük rol oynayan məmurlardan biri kimi tanınıb və onun Amerikanın transmilli korporasiyaları ilə sıx əlaqələri vardı.
BOK-un yeddinci prezidenti X.A.Samaranç Amerika ticarət korporasiyalarndan Olimpiya oyunlarına daxil olmaqda davam edən pulların qarşısını almaq üçün əlindən gələni etsə də, heç nə alınmırdı. Olimpiya tarixinin səhifəsinə ən qalmaqallı və kommersiyalı oyunlar kimi yazılan Solt-Leyk-Siti Olimpiadası bunun heç də asan məsələ olmadığını bir daha sübut etdi.
Cənab Roqqun prezident seçkilərində əsas rəqibi Riçard Paund hiddətini gizlətməyərək Amerikanın nüfuzlu "Los-Anceles tayms" qəzetində "Olimpiya Hərəkatının kommersiya tərəfdaşlarına" adlı məktub dərc etdirdi. O, müraciət məktubunda seçkilərin düzgün keçirilmədiyini bəyan edir, dostlarını Olimpiya oyunlarını maliyyələşdirməkdən boyun qaçırmağa çağırırdı. Bunun əvəzində BOK-da aparılan yoxlamalar BOK-dan Paundun başçılıq etdiyi hüquq kontoru üçün 200 min dollar həcmində vəsait ayrıldığını müəyyənləşdirdi. Marketinq komissiyasının sədri vəzifəsindən istefa verən Riçard Paund həm də 1999-cu ildən Beynəlxalq Antidopinq Agentliyinin (WADA) sədri vəzifəsini icra edirdi.
Miqyasına görə çox böyük olan Olimpiya oyunlarına şou-biznes və kapital qoyuluşu baxımından, minlərlə adam cəlb olunur. Bunlar yüksək rütbəli məmurlar və sahibkarlar, televiziya və kompyuter işçiləri, hüquqşünaslar və həkimlərdir. Bu mötəbər idman yarışı keçən əsrin sonunda onun inkişaf və çiçəklənməsində marağı olan varlı sponsorların və dövlət strukturlarının əsil gəlir mənbəyinə çevrilib. Böyük pullar idmanı məhvə sürükləyir. Kommersiya alətinə çevrilməklə idman güc, çeviklik, iradə yarışından tamaşa məzhəkəsinə, şouya çevrilmək təhlükəsi ilə qarşı-qarşıya qalır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan nümayəndə heyəti ISSA-nın 15-ci Baş Assambleyasında iştirak edib
12.09.2026, 21:00 MOK
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub
12.09.2026, 19:25 MOK
-
İdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
11.09.2026, 18:29 Olimpiya dünyası
-
Yunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
11.09.2026, 18:10 Güləş
-
Azərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
11.09.2026, 17:02 Atletika
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri
-
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
10.09.2026, 14:33 Cüdo
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
10.09.2026, 13:30 Voleybol
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
10.09.2026, 11:39 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
10.09.2026, 10:15 Olimpiya dünyası
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
09.09.2026, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
09.09.2026, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri