Daha bir paralimpiyaçımız Tokio-2020-yə lisenziya qazandı

Daha bir paralimpiyaçımız Tokio-2020-yə lisenziya qazandı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən Dünya kubokunda Azərbaycan pauerliftinqçisi Şamo Aslanov gümüş medal qazanıb. 107 kq çəki dərəcəsindəki idmançı 223 kq nəticə göstərib. Reytinq xalları qazandıran əvvəlki yarışlarda da yüksək nəticə əldə etmiş Ş.Aslanov Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, indiyədək Azərbaycan paralimpiyaçıları Tokio-2020-yə 20 lisenziya qazanıb. Onlardan 8-i atletika, 4-ü para-taekvando, 3-ü üzgüçülük, 3-ü pauerliftinq və 2-si güllə atıcılığı növündədir.