Boks üzrə orta çəkidə mütləq dünya çempionu və ikiqat Olimpiya çempionu Klarissa Şilds qarışıq üslub döyüşləri qaydası ilə növbəti döyüşünə hazırlaşır. Məlumata görə K.Şildsın PFL-dəki ikinci peşəkar döyüşü avqustun 27-də keçiriləcək. İdmançının rəqibi hələ ki, dəqiqləşdirilir.
Qeyd edək ki, iyunun 10-da Klarissa Şilds PFL 4 çərçivəsində keçirilən döyüşün 3-cü raundunda Brittni Elkini nakauta salmışdı.