Çingiz Hüseynzadə: "Pandemiya hazırlığa da, lisenziyaların sayına da, təsir göstərib”
BOK
25.06.2021, 13:58
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr edilmiş tədbirdən sonra jurnalistlərə müsahibə verib.
Çingiz Hüseynzadə MOK-da təşkil olunan bugünkü tədbirdən sonra idmançılarımızın Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirakı ilə bağlı sualları cavablandırıb. Hımin müsahibəni oxucularımıza təqdim edirik.
- Olimpiadaya bir ay qalıb. Lakin hələ lisenziyalar qazanıla bilər. Yekunda hansı nəticəni gözləyirsiniz və əsas məsələ Tokioda hansı nəticə uğurlu hesab olunacaq? - Lisenziyaların qazanılması hələ davam edir. Bir neçə idman növündə vəsiqə ala bilərik. Bunlar atletika, ağırlıqqaldırma, üzgüçülükdə mümkündür. Triatlonda da yenə lisenziya gözləyirik. Onların sayı arta bilər. Nəticəyə gəlincə, bu Olimpiya Oyunları əvvəlkilərə bənzəmir. Tamamilə başqa Oyunlardır, başqa şəraitdir. Əlbəttə, pandemiya hazırlığa da, lisenziyaların sayına da, bütün həyatımıza da təsir göstərib. Ona görə də bu həyatımızdakı yeganə və ilk mürəkkəb şəraitdə keçirilən Olimpiadadır. 2021-ci il olmasına baxmayaraq, yarışın adı Tokio-2020-dir. Olimpiada bir il təxirə salınıb. Bu təxirəsalma nə deməkdir? 2020-ci ildə namizəd olan bəzi idmançılar yoxdurlar, qocalıblar və yaxud ötən il yarışa gedə bilməyənlər bu dəfə iştirak edəcək. Bizim cüdo komandamızı götürək. 60 kq, 81 kq çəkidə idmançımız olmayacaqdı. Çünki reytinqləri aşağı idi. Bu il ərzində onlar reytinqlərini qaldırıb, Olimpiadaya düşdülər. Yaşlı idmançılar üçün çətin olacaq. Bir il də qocalıblar. Fiziki formanı bir il də saxlamağın nə olduğunu bilirsiniz. Bizim başqa ölkələrin idmançılarının hazırlığı barədə məlumatımız yoxdur. Çünki yarışlar keçirilməyib. Çox az turnir olub. Boksda bir turnir təşkil olunub. Lisenziya qazanan idmançıların durumu haqda məlumatımız yoxdur. Ona görə də bu Olimpiadada proqnoz vermək çox çətindir. Həmişə proqnozlar verərdim. Kifayət qədər reallığa yaxın olurdu. Bu dəfə də əminəm ki, medallarımız olacaq, az olmayacaq. Əyarlı medallarımız olacaq. Çalışacağıq ki, bu il kəmiyyətdən çox, keyfiyyətə fikir verək.
- Hansı idman növündə idmançılar lisenziya sayında ümidləri doğrultdu, hansında yox? - Hansı idman növünün nə qədər lisenziya qazanması ilə bağlı ənənə vardı. Çüdoçular planı artıqlaması ilə doldurdular. Bu dəfə 9 nəfərlə gedirlər. Güləşçilər isə olimpiadaya 7 nəfərlə gedir. Ötən olimpiadada isə bu rəqəqm 14 idi. Ona görə deyirəm ki, güləşdə çalışıb kəmiyyətlə deyil, keyfiyyətlə cavab verək. Bunu komandanın say baxımından az olması səbəbindən deyirəm. Pandemiya çox şeyi dəyişdi.
- 8 medal gözlədiyinizi açıqlamısınız. Bu rəqəmi təsdiqləyirsiniz? - Azı 8 real medalımız ola bilər. Hər bir güləşçimizdən, cüdoçularımızdan medal gözləyirəm. Bu dəfə əsas ümidimiz karateçilərdir. Onlardan yaxşı nəticə gözləyirik. Boksdan, taekvondodan medala namizədlərimiz var. Komandada güclü idmançılar yer alıb. Rio bizi nəyə öyrətdi? 8 idmançımız finala çıxdı. Onlardan yeddisi uduzdu, biri qızıl medal qazandı. Onların hər biri qızıl ala bilərdi. Medal dedikdə onların əyarını müəyyənləşdirmək çox çətindir. Bir saniyədə, bir anda baş verən məsələlərdir. Ümumiyyətlə, medala gəldikdə ümid edirəm ki, kifayət qədər olacaq.
- Mətbuat konfransında rəsmi yolasalma mərasiminin keçirilməyəcəyini dediz. Bəs idmançılar təxminən nə vaxt Yaponiyaya gedəcəklər? - Bununla bağlı qrafik var. Məsələn, cüdoçular birinci yollanacaq. Yarışa bir həftə qalmış, Olimpiya kəndi açılanda onlar Tokioya gedəcək. Digər idmançılar öz vaxtında, yarış gününə 2 gün qalmış ora yollanıb, uzağı 2 gün sonra geri qayıtmalıdır. Bu, Olimpiadanın qaydaları ilə nizamlanıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ölkə üzrə yeni rekord
Bugün, 10:24 Su idman növləri
-
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb
Bugün, 09:44 Velosiped
-
Misli Premyer Liqası: Növbəti turun oyun cədvəli müəyyənləşdi
11.05.2026, 23:42 Futbol
-
"Barselona" Fliklə razılığa gəldi
11.05.2026, 23:37 Futbol
-
FIFA Dünya Kuboku üçün xüsusi analiz qrupu yaratdı
11.05.2026, 23:25 Futbol
-
"Barselona"dan çempionluq paradı - FOTO
11.05.2026, 23:09 Fotoqalereya
-
Pəhləvanlarımız Avropa çempionatının finalında
11.05.2026, 22:54 Güləş
-
Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
11.05.2026, 22:15 Taekvondo
-
Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar
11.05.2026, 21:57 Güllə atıcılığı
-
“Herta”nın gənc istedadı Dortmund yolunda
11.05.2026, 21:36 Futbol
-
Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin yeni prezidenti seçilib
11.05.2026, 20:35 Olimpiya dünyası
-
Beynəlxalq peşəkar MMA turnirində uğurlu nəticə
11.05.2026, 20:00 Olimpiya dünyası
-
Yelkənçilərimiz Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
11.05.2026, 16:54 Su idman növləri
-
U-16 millimiz UEFA İnkişaf Turnirindəki sonuncu oyununda da məğlub oldu
11.05.2026, 15:58 Futbol
-
Azərbaycan atıcılarından Avropa çempionatında möhtəşəm uğur
11.05.2026, 15:48 Güllə atıcılığı
-
Şahmatçımız Buxarestdə ikinci oldu
11.05.2026, 15:34 Şahmat
-
Cüdo hakimlərimiz beynəlxalq turnirdə iştirak ediblər
11.05.2026, 15:26 Cüdo
-
Azərbaycan Kubokunda son 10 mövsümün rekordu
11.05.2026, 14:03 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
11.05.2026, 13:52 Velosiped
-
"Neftçi" və Türkiyə klubu arasında əməkdaşlıq imkanlarını müzakirə edilib
11.05.2026, 13:27 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib
11.05.2026, 13:21 Velosiped
-
Beynəlxalq arenada növbəti uğur
11.05.2026, 10:03 Cüdo
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
11.05.2026, 08:05 Velosiped
-
"Barselona" "Real"a qalib gələrək çempionluğunu rəsmiləşdirdi
11.05.2026, 01:16 Futbol
-
Avropa çempionatında iştirak edəcək parataekvondoçularımız müəyyənləşdi
10.05.2026, 22:45 Taekvondo
-
Qoru sınağında 9 medal
10.05.2026, 22:36 Cüdo
-
"Neftçi" üç xalı üç qolla qazandı
10.05.2026, 22:33 Futbol
-
Çimərlik güləşçilərimizdən bir dəst medal
10.05.2026, 21:18 Güləş
-
Paraüzgüçümüzdən gümüş medal
10.05.2026, 20:43 Su idman növləri
-
"Turan Tovuz" avrokuboklara vəsiqəni təmin etdi
10.05.2026, 19:17 Futbol
-
Cüdoçumuzdan bir həftə ərzində iki medal
10.05.2026, 19:00 Cüdo
-
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
10.05.2026, 15:45 Velosiped
-
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
10.05.2026, 14:55 Futbol
-
“El-Klasiko" öncəsi statistik mənzərə: "Barselona" və "Real Madrid" arasında tarixi rəqabət
10.05.2026, 13:19 Futbol