Paytaxtımız bu il daha bir beynəlxalq turnirə - cüdo üzrə “Böyük dəbilqə” yarışına ev sahibliyi edəcək. Hər il təşkil olunan yarış ötən il pandemiya şəraitinə görə ləğv edilmişdi. Bu il isə turnir yenidən təqvim pıanına salınıb. Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında yer alan məlumata görə “Böyük dəbilqə” turniri noyabrın 5-7-də keçiriləcək.
Xatırladaq ki, paytaxtımız daha əvvəl 2013, 2014, 2015, 2016, 2017 və 2019-cu illərdə “Böyük Dəbilqə” turnirinə ev sahibliyi edib.
Paytaxtımız yenidən “Böyük Dəbilqə” turnirinə ev sahibliyi edəcək