Amerika Kubokunun finalçıları müəyənləşdi

Amerika Kubokunun finalçıları müəyənləşdi

Cənubi Amerika kubokunda finalçıların adlarına aydınlıq gəlib. Kubokun yarımfinalında Argentina millisi Kolumbiya millisinin məğlub edərək həlledici mərhələyə vəsiqə qazanıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. 11 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (3:2) Argentina millisi Amerika kubokunun finalına çıxıb.

Qeyd edək ki, finalın digər iştirakçısı Peru komandasını 1:0 hesabı ilə məğlub edən Braziliya millisidir.

Argentina və Braziliya komandaları arasında keçiriləcək final görüşü iyulun 11-də təşkil olunacaq.