Fəridə Əzizova: “İnanıram ki, Olimpiya Oyunlarından Vətənə medalla qayıdacağam”
Olimpizm xəbərləri
14.07.2021, 12:18
İdmansevərlərin çoxdandır gözlədiyi Tokio-2020 Yay Olimpiya Oyunlarının başlamasına artıq sayılı günlər qalıb. Olimpiadanın start vaxtı yaxınlaşdıqca həyəcan da bir o qədər artır. Komandamız dördilliyin zirvə yarışında 13 idman növü üzrə 44 (28 kişi, 16 qadın) idmançı ilə təmsil olunacaq. Hər zaman olduğu kimi, idmançıları daim diqqətdə saxlayan “Olimpiya dünyası” qəzeti bu dəfə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanan olimpiyaçılarımızla müsahibələr hazırlayaraq, oxucularına təqdim edir. Müsahibimiz Tokio-2020 Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında ölkəmizi təmsil edəcək dünya və Avropa çempionatlarının bürünc mükafatçısı, I Avropa Oyunlarının gümüş medalçısı, IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Fəridə Əzizovadır. Təcrübəli idmançımız müsahibə zamanı olimpiadaya hazırlıq prosesindən danışıb.
- Fəridə, Tokioya Olimpiadasına yollanacaq olimpiyaçılarımız arasında sənin də adın var. Üçüncü dəfə bu şərəfə nail oldun. Özünü yarışqabağı necə hiss edirsən?
- Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunları karyeram ərzində iştirak edəcəyim üçüncü olimpiada olacaq. Hazırda tam sürətlə məşqlərimizi davam etdiririk. Fiziki hazırlığımı yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Olimpiya Oyunlarında da özümü belə yüksək səviyyədə hiss edəcəyəm.
- Olimpiadadakı rəqiblərini artıq bilirsən. Siyahıdakı hansı rəqibləri sənin üçün arzuolunmaz hesab etmək olar?
- Olimpiya oyunlarındakı rəqiblərimin bir-ikisini çıxmaq şərti ilə demək olar ki, hamısı ilə tanışam. Hətta dəfələrlə yarışlarda üz-üzə gəldiyim idmançılar belə var. Ümumiyyətlə, Olimpiya oyunlarında rəqibləri güclü və ya zəif kateqoriyaya ayırmaq düzgün olmaz. Çünki yarışda iştirak edəcək 16 rəqibin hər biri çox ciddi və güclü rəqibdir. Bu baxımdan hər bir rəqibim güclüdür. Hər bir rəqibimlə olan döyüşə final döyüşüm kimi məsuliyyətli hazırlaşıram. Hazırda məşqlərimiz tam sürətlə Azərbaycan Taekvondo Federasiyasında davam edir.
- Olimpiadaya lisenziyanı son yarışlarda qazandın. Lisenziya görüşləri arasında sənin üçün ən çətin olanı hansı oldu?
- Taekvondo idman növündə lizensiyanı ilk altılığa düşməklə reytinqə uyğun olaraq qazanmaq olur. 2019-cu ildə bəzi yarışlarda iştirak edə bilmədik. Reytinqimiz bu baxımdan bir az zəiflədi. Lakin reytinq üzrə lizensiya qazana bilməyən idmançılar üçün Avropa qitəsində lisenziya qazanmaq şansımız var idi. Sevinirəm ki, bu yarışlarda gücümü tam göstərə bildim və Olimpiya oyunlarına lisenziya qazandım. Lisenziya yarışlarında isə ən çətin rəqibim yarımfinalda ukraynalı Tatyana Teterevyatnikova oldu. Bu qarşılaşmanı ən çətin görüşüm olaraq qiymətləndirərdim. Belə ki, bu döyüşün həm yarımfinal, həm də demək olar ki, lisenziya yarışlarında həlledici qarşılaşma olması onun əhəmiyyətini daha da artırırdı.
- Olimpiadaya yollanan idmançı psixoloji cəhətdən də yarışlara hazırlanmalıdır. Bəs sən özünü pandemiya şəraitində Tokio-2020-yə necə hazırlayırsan?
- Olimpiya oyunları çox çətin bir yarışdır. İdmançılar fiziki hazırlıqla yanaşı, mənəvi cəhətdən də özlərinə güvənməlidirlər ki, istədikləri nəticəni əldə etsinlər. Təbii ki, biz də məşqlərlə yanaşı, psixoloji cəhətdən də özümüzü yarışlara hazılayırıq. Düzdür, pandemiya səbəbi ilə bir il demək olar ki, idmansız qaldıq. Peşəkar idmançı üçün isə bu həqiqətən də çox çətindir. Lakin mən bütün bu yaşadığımız çətinliklərə baxmayaraq, çalışıram ki, yalnız yarışlara köklənim. Çətinliklər hər zaman var. Çalışıram ki, onlara məhəl qoymadan özümü psixoloji cəhətdən ruhlandırım və məqsədimə çatım.
- Tokio Olimpiadasına yollanacaq idmançılar vaksinasiya prosesindən keçirlər. Sən də bildiyimiz qədər vaksin olunmusan. Özünü necə hiss edirsən?
- Tokio Olimpiya Oyunlarının əsas şərti idmançıların vaksinasiya olunmasıdır. Bu ən əsas idmançıların sağlamlığı və özlərini sığortalamaqları üçün tələb olunur. Belə ki, Olimpiadaya müxtəlif ölkələrdən xeyli sayda idmançılar gələcək. Hər kəsin sağlamlğını sığortalamaq və infeksiyanın yayılmasının qarşısını almaq üçün isə vaksinasiya çox vacibdir. Təbii ki, mən də öz növbəmdə vaksinasiya olundum. Vurğulamaq istərdim ki, vaksinasiya olunduqdan sonra səhhətimdə heç bir problem yoxdur.
- Necə düşünürsən səncə, üçüncü cəhdində tilsimi qıra biləcəksən?
- Olimpiya oyunlarında iştirak edən hər bir idmançı kimi mən də Olimpiadanın qızıl medalını qazanmağı arazulayıram. Lakin təbii ki, hər şey qismətdən aslıdır. Düşünürəm ki, ən əsası odur ki, Tokiodan əli boş qayıtmayım. Bunun üçün isə ciddi şəkildə məşq edirəm və gələcəkdə “kaş ki” deməmək üçün əlimdən gələni edirəm. İnanıram ki, bu dəfəki Olimpiya oyunlarından Vətənə medalla qayıdacağam.
- Rüstəm Orucovla birgə komandamızın bayraqdarı olacaqsan. İstərdik ki, son olaraq bu barədə də fikirlərini bildirəsən.
- Bu qərar mənim üçün çox sevindirici oldu. İdmançı üçün bayraqdar seçilmək ilk növbədə, qürur hissi, eyni zamanda böyük məsuliyyətdir. Çalışacağıq ki, bu məsuliyyətin altından layiqincə çıxaq. Biz bayraqdar olaraq, oraya öz bayrağımızı aparacağıq. Bütün Azərbaycanın bizə dəstək olması və arxamızda dayanması yaxşı stimul olacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
MOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
22.09.2026, 16:00 MOK
-
71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
22.09.2026, 15:23 Müsahibə
-
Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
22.09.2026, 13:18 Cüdo
-
Azərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
22.09.2026, 13:04 Futbol
-
AŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
22.09.2026, 12:43 Şahmat
-
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
22.09.2026, 10:34 Şahmat
-
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
22.09.2026, 10:17 Boks
-
Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
22.09.2026, 00:19 Cüdo
-
Cəlilabadda sərbəst güləş turniri keçirilib
21.09.2026, 19:42 Güləş
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
21.09.2026, 17:35 Futbol
-
Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər
21.09.2026, 17:16 Voleybol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
21.09.2026, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
21.09.2026, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
21.09.2026, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
21.09.2026, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
21.09.2026, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
21.09.2026, 11:17 Boks
-
Azərbaycan çempionatı başa çatıb
21.09.2026, 10:33 Su idman növləri
-
Atletimiz dünya çempionatında iştirak edib
21.09.2026, 10:12 Atletika
-
Cüdoçumuz veteranlar arasında dünya çempionu olub
20.09.2026, 22:25 Cüdo
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
20.09.2026, 10:36 Gündəm
-
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20.09.2026, 09:00 Gündəm
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
18.09.2026, 15:20 Güləş
-
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
18.09.2026, 15:05 Cüdo
-
“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
18.09.2026, 14:30 Olimpiya dünyası
-
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
18.09.2026, 13:45 Futbol
-
Ümumdünya Şahmat Olimpiadası davam edir
18.09.2026, 12:33 Şahmat
-
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
18.09.2026, 10:53 Formula 1
-
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
18.09.2026, 10:05 Boks
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol