FIFA güzəştə getmir

FIFA güzəştə getmir

FIFA-nın İntizam Komissiyası İtaliyanın "Spetsiya" klubuna ağır cəza verib. A Seriyasında çıxış edən komandaya transfer qadağası qoyulub. Spetsiya şəhərinin eyniadlı təmsilçisi qarşıdakı 4 transfer pəncərəsi dövründə heyətinə yeni futbolçu qata bilməyəcək.  Bundan başqa, klub 500 minavro məbləğində cərimələnib. FIFA "Spetsiya"nı 18 yaşadək futbolçuların beynəlxalq transfer və qeydiyyat qaydalarını pozduğu üçün cəzalandırıb.

Qeyd edək ki, komanda ötən mövsüm A Seriyasını 15-ci pillədə başa vurub.