Yaponiyanın Tokio-2020 üçün ümumi xərcləri açıqlanıb.
Bu barədə yarışın Təşkilat Komitəsinin baş katibi Tosiro Muto Beynəlxalq Olimpiya Komitəsinin (IOC) 138-ci iclasında bildirib.
O, Yaponiya hökuməti tərəfindən çəkilən xərclərin 15,4 milyard ABŞ dolları olduğunu söyləyib.
Mutonun sözlərinə görə, olimpiada üçün etibarlı mühitin yaradılması məqsədilə əlavə 900 milyon dollar vəsait ayrılıb.
Yaponlar 15,4 milyard pul xərcləyib
