Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların 48,8 faizini qadınlar təşkil edir. Bu, yay Olimpiya Oyunları tarixində rekord göstəricidir. Əvvəllər rekord 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunan Olimpiadaya məxsus idi. Belə ki, dördilliyin zirvə yarışında idmançıların 45 faizini qadınlar təşkil etmişdi. London-2012-də isə bu göstərici 44,2 faizə bərabər idi.
Qeyd edək ki, Tokio-2020" Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 23-də keçiriləcək. Yarışda ölkəmizi 44 idmançı təmsil edəcək.