Tokio Olimpiadasının açılış mərasiminin təşkil olunduğu stadionun yaxınlığında etiraz aksiyası keçirilib. Stadionunun yaxınlığına toplaşan Yaponiya sakinləri koronavirus pandemiyası dövründə Olimpiadanın keçirilməsinə qarşı çıxıblar.
Etirazçılar “Pulları Olimpiada deyil, koronavirusla mübarizəyə verin”, “Bizə Olimpiada lazım deyil”, “Olimpiadaya yox”, “Oyunları ləğv edin”, “BOK – rədd ol” kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, koronavirusa görə Tokio və bir sıra prefekturalarda fövqəladə vəziyyət elan olunub.