Tokio-2020 Yay Olimpiya Oyunlarında maraqlı hadisə qeydə alınıb. Eyni gündə tatami üzərinə çıxan bacı və qardaş qızıl medal qazanıb. Yarım saatdan az intervalla çempionluq yaşayan Yaponiya təmsilçiləri öz çəkilərində hegemonluğu davam etdiriblər. 21 yaşlı Uta Abe qadınların 52 kq, ondan üç yaş böyük olan Hifumi isə kişilərin 66 kq çəkidə hamıdan güclü olduğunu göstərib.
Bu, Abelərin eyni gündə çempionluq yaşadığı ilk hadisə deyil. Onlar üç il əvvəl də belə tarixi nailiyyət əldə edib. Bacı və qardaş Bakıda keçirilən dünya çempionatında qısa zaman kəsiyində iki finalda qalib olub.