Kanoeçimiz dünya çempionatında iştirak edəcək

Kanoeçimiz dünya çempionatında iştirak edəcək 

Su idman növləri

Bugün, 18:15

Azərbaycan kanoeçisi Tatyana Smilovenko avqustun 26-dan 30-dək Polşanın Poznan şəhərində keçiriləcək kayak və kanoe üzrə dünya çempionatında iştirak edəcək.

Bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarışda idmançıya kanoe üzrə milli komandanın baş məşqçisi Aleksandr Jukovski rəhbərlik edəcək.

Qeyd edək ki, T.Smilovenko iyulda Macarıstanın Seqed şəhərində gənclər və U-23 avarçəkənlər arasında keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR