Tokio-2020 XXXII Yay Olimpiya Oyunları rekordlarla zəngindir. demək olar ki, olimpiadanın başladığı ilk gündən bu günə qədər idmançılar fərqli idman növlərində yeni rekordlar müəyyənləşdirirlər. Bu dəfəki rekord göstərici isə üzgüçülük yarışlarında qeydə alınıb. Belə ki, macarıstanlı üzgüçü Kriştof Milak 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 1 dəqiqədə, 51,25 saniyə nəticə göstərib. 21 yaşlı idmançı bu göstərici ilə ABŞ-ın əfsanəvi üzgüçüsü Maykl Felpsin (1 dəqiqə, 52,03 saniyə) Olimpiya rekordunu qırıb. Üzgüçü bununla eyni zamanda Tokio Olimpiadasının qızıl medal sahib çıxıb.
Xatırladaq ki, əfsanəvi Maykl Felps Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.