Tokio-2020 XXXII Yay Olimpiya Oyunları davam edir. Bu gün olimpiadada bir idmançımız mübarizə aparacaq. Bu, boksçumuz Cavid Çələbiyevdir. 63 kq çəki dərəcəsində qüvvəsini sınayacaq boksçumuz 1/8 finalda ermənistanlı Ovannes Baçkovla qarşılaşacaq. Döyüş Bakı vaxtı ilə saat 07:36-da start götürəcək.
Xatırladaq ki, Cavid Çələbiyev bundan əvvəl 1/16 finalda ukraynalı boksçu Yaroslav Hartsizə qalib gəlmişdi.