Tokio Yay Paralimpiya Oyunlarının Paralimpiya kəndi fəaliyyətə başlayıb. Bu barədə yarışın Təşkilat Komitəsi məlumat yayıb. Təşkilatçılar Olimpiya kəndində olduğu kimi, pandemiya səbəbindən qüvvədə olan məhdudiyyətlərə görə, açılış mərasimindən imtina ediblər. Olimpiya kəndində qüvvədə olan koronovirusdan qorunmaqla əlaqədar bütün qaydalar və məhdudiyyətlər Paralimpiya kəndində qorunub saxlanılıb. Xüsusilə, idmançıların yarışa başlamazdan beş gün əvvəl kəndə gəlmələri və yarışlar başa çatdıqdan sonra iki gün ərzində oranı tərk etmələri tələb olunacaq. Yeni koronavirusun yayılmasının qarşısını almaq üçün infeksiya əlamətləri olan idmançıları müayinə etmək üçün tibb bölməsi fəaliyyət göstərəcək. Bundan əlavə, idmançılar gündəlik olaraq infeksiya testindən keçməli, qoruyucu maskalar taxmalı və sosial məsafə saxlamalıdırlar.
Eyni səbəblərdən jurnalistlərin kəndə girməsinə icazə verilmir.