ADBTİA-nın professoru dünyasını dəyişib
Olimpizm xəbərləri
23.08.2021, 13:25
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) sabiq “Güləşmə və onun metodikası” kafedrasının müdiri İsmayıl Abdul-Qədirov avqustun 16-da vəfat edib. Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi vəİdman Xadimi, “Tərəqqi” medalçısı, “Şöhrət” ordenli, Azərbaycan Respublikasının Əməkdar məşqçisi İsmayıl Qafaroğlu Abdul-Qədirov 1936-cı il fevralın 15-də anadan olub. İ.Abdul-Qədirov idmana 14 yaşında gəlib. 1950-ci ildə “Dinamo” idman cəmiyyətində yunan-Roma güləşi ilə məşğul olmağa başlayıb. Bir neçə ildən sonra özünü məşqçilik sahəsində sınayan İsmayıl müəllim 1965-1968-ci illərdə məktəblilərdən ibarət yığma komandanın məşqçisi olub. Onun yetirmələri 1967-ci ildə SSRİ məktəblilərinin 10-cu yubiley Sparakiadasında 3-cü yerə layiq görülüb. Həmin vaxt İ.Abdul-Qədirov artıq ali təhsilli idman mütəxəssisi idi. 1950-ci ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirdikdən sonra institutun “Güləş və onun metodikası” kafedrasında işləməyə başlayıb. 1961-ci ildə “Bədən tərbiyəsi və idman əlaçısı” adına layiq görülən İsmayıl müəllim, həmin il güləş üzrə respublika, 5 il sonra isə ümumittifaq dərəcəli hakimliyə yüksəlib. 1980-1990-cı illərdə İsmayıl müəllimin elmi-pedaqoji fəaliyyəti özünü daha qabarıq büruzə verib. Bununla belə, İsmayıl müəllim məşqçilik fəaliyyəti dövründə 25-dən artıq idman ustası, 50-dən çox idman ustalığına namizəd hazırlayıb. 1980-ci ildən başlayaraq, çalışdığı kafedraya rəhbərlik edən İsmayıl Abdul-Qədirov 10 il bu vəzifəni daşıdıqdan sonra, institutun qiyabi fakültəsinin dekanı vəzifəsinə təyin edilib. 1991-ci ildə elmi-pedaqoji fəaliyyəti nəzərə alınaraq, ona dosent elmi dərəcəsi verilib. 2009-cu ildən isə bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası kafedrasının professoru seçilib. İsmayıl müəllim 30 dərslik və tədris vəsaitinin müəllifi olub. A.Abdul-Qədirovun Azərbaycan idmanı, idmançı kadrların yetişdirilməsi sahəsindəki uzunmüddətli və məhsuldar əməyi dəfələrlə ümumittifaq və respublika idman komitələri tərəfindən diplom və fəxri fərmanlarla qeyd olunub. 1990-2002-ci illərdə Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü olub. Allah rəhmət eləsin!
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
Bugün, 12:25 Velosiped
-
“Sabah” mövsümə rekordla başladı
Bugün, 11:28 Futbol
-
"Araz-Naxçıvan"dan Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qol
Bugün, 10:55 Futbol
-
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
Bugün, 00:09 Cüdo
-
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
14.09.2026, 23:25 Boks
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
14.09.2026, 22:12 Su idman növləri
-
Boksçularımız Avropa çempionatında iştirak edəcəklər
14.09.2026, 16:10 Boks
-
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
14.09.2026, 15:23 Basketbol
-
Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
14.09.2026, 14:01 Olimpiya dünyası
-
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.2026, 13:09 Su idman növləri
-
“Elite polo club” çempion oldu
14.09.2026, 12:58 Olimpiya dünyası
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
14.09.2026, 12:51 Su idman növləri
-
Azərbaycan komandası FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
14.09.2026, 11:10 Basketbol
-
Milli komandalarımız Çində beynəlxalq təlim-məşq toplanışda iştirak edib, ardınca yarışda mübarizə aparacaqlar
14.09.2026, 10:34 Olimpizm xəbərləri
-
Azərbaycan cüdoçuları lisenziya xarakterli yarışda 3 medal qazandılar
14.09.2026, 10:00 Cüdo
-
İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib
13.09.2026, 22:41 Olimpizm xəbərləri
-
Azərbaycan nümayəndə heyəti ISSA-nın 15-ci Baş Assambleyasında iştirak edib
12.09.2026, 21:00 MOK
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub
12.09.2026, 19:25 MOK
-
İdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
11.09.2026, 18:29 Olimpiya dünyası
-
Yunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
11.09.2026, 18:10 Güləş
-
Azərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
11.09.2026, 17:02 Atletika
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri
-
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
10.09.2026, 14:33 Cüdo
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
10.09.2026, 13:30 Voleybol
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
10.09.2026, 11:39 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
10.09.2026, 10:15 Olimpiya dünyası
-
İtaliyada MOK-ların II rəqəmsal kommunikasiyalar seminarı keçirilir
09.09.2026, 17:49 MOK
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
09.09.2026, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
09.09.2026, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol