Avstraliyalı velosipedçi Peyc Qreko avqustun 25-də Tokio Paralimpiadasının ilk qızıl medalını qazanıb.
İdmançı C3 kateqoriyası üzrə yarışda 3000 metr məsafəni hamıdan tez qət edərək Paralimpiya çempionu olub. Yarışda 3 dəqiqə 50,815 saniyə nəticə göstərən avstraliyalı idmançı həm də yeni dünya rekordu müəyyən edib. İkinci yeri çinli Van Syaomey, üçüncü yeri isə almaniyalı Dəniz Şindler tutub.
Azərbaycan paralimpiyaçıları bu yarışda iştirak etməyiblər.
Qeyd edək ki, C3 kateqoriyası yuxarı və aşağı ətraflarında funksional pozuntuları olan idmançılar, həmçinin beyin iflici və ətraf orqanları amputasiya edilən velosipedçilər iştirak edirlər.
İyirmi dörd yaşlı P.Qreko üçqat dünya çempionu və dünya birinciliyinin gümüş mükafatçısıdır.
Sentyabrın 5-də başa çatacaq Tokio Paralimpiadasında atletlər idmanın 22 növü üzrə 539 dəst medal uğrunda mübarizə aparırlar.