Çimərlik güləşçilərimiz Rumıniyada uğurla yarışıblar
BOK
27.09.2021, 12:45
Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə dünya seriyasının final mərhələsi keçirilib. Yarışda ölkəmizi üç güləşçi ilə təmsil olunub. Təmsilçilərimiz yarışı uğurla başa vurublar. Təmsilçimiz Omid Kamaliağdam (80 kq) C qrupunda Rumıniyanın 2 güləşçisinə qalib gəldikdən sonra Portuqaliya idmançısını üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Ukrayna təmsilçisinə məğlub olan güləşçimiz Rumıniyadan olan rəqibinə növbəti dəfə qalib gələrək dünya seriyasının sonuncu - dördüncü mərhələsini bürünc medalla başa vurub.
Turnirdə 90 kq çəki dərəcəsində çıxış edən İbrahim Yusubov təsnifatda yunanıstanlı güləşçini mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə yüksəlib. Yunanıstanın daha bir təmsilçisinə qalib gəldikdən sonra Pakistan idmançısına uduzan İ.Yusubov Ukrayna pəhləvanından güclü olmaqla yarımfinala vəsiqə qazanıb. Türkiyəli rəqibinə xal verməyən güləşçimiz həlledici görüşdə gürcü həmkarını məyus edərək qızıl medala sahib çıxıb.
A qrupunda mübarizəyə start verən Oyan Nəzəriani (+90 kq) Yunanıstanın 2 güləşçisi ilə yanaşı, İtaliya idmançısına heç bir şans tanımayıb. Yarımfinalda Rumıniya təmsilçisinə gücünü göstərən O.Nəzəriani finalda Gürcüstan pəhləvanını da məğlub edərək turnirin baş mükafatına yiyələnib. Nəzəriani həm də yarışın ən yaxşı fəndini edən güləşçi kimi xüsusi mükafata sahib çıxıb.
Beləliklə, iyulda Fransada startı verilən və 4 mərhələdən ibarət olan çimərlik güləşi üzrə dünya seriyasına Rumıniyada yekun vurulub. Bu mərhələlərdə toplanan xallara əsasən, dünya çempionları müəyyənləşib. İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) dünya ikincisi olublar. Bu 2 güləşçi ilk mərhələdə iştirak etməyib.
Qeyd edək ki, dünya seriyasının final mərhələsində beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ölkə üzrə yeni rekord
Bugün, 10:24 Su idman növləri
-
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb
Bugün, 09:44 Velosiped
-
Misli Premyer Liqası: Növbəti turun oyun cədvəli müəyyənləşdi
11.05.2026, 23:42 Futbol
-
"Barselona" Fliklə razılığa gəldi
11.05.2026, 23:37 Futbol
-
FIFA Dünya Kuboku üçün xüsusi analiz qrupu yaratdı
11.05.2026, 23:25 Futbol
-
"Barselona"dan çempionluq paradı - FOTO
11.05.2026, 23:09 Fotoqalereya
-
Pəhləvanlarımız Avropa çempionatının finalında
11.05.2026, 22:54 Güləş
-
Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
11.05.2026, 22:15 Taekvondo
-
Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar
11.05.2026, 21:57 Güllə atıcılığı
-
“Herta”nın gənc istedadı Dortmund yolunda
11.05.2026, 21:36 Futbol
-
Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin yeni prezidenti seçilib
11.05.2026, 20:35 Olimpiya dünyası
-
Beynəlxalq peşəkar MMA turnirində uğurlu nəticə
11.05.2026, 20:00 Olimpiya dünyası
-
Yelkənçilərimiz Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
11.05.2026, 16:54 Su idman növləri
-
U-16 millimiz UEFA İnkişaf Turnirindəki sonuncu oyununda da məğlub oldu
11.05.2026, 15:58 Futbol
-
Azərbaycan atıcılarından Avropa çempionatında möhtəşəm uğur
11.05.2026, 15:48 Güllə atıcılığı
-
Şahmatçımız Buxarestdə ikinci oldu
11.05.2026, 15:34 Şahmat
-
Cüdo hakimlərimiz beynəlxalq turnirdə iştirak ediblər
11.05.2026, 15:26 Cüdo
-
Azərbaycan Kubokunda son 10 mövsümün rekordu
11.05.2026, 14:03 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
11.05.2026, 13:52 Velosiped
-
"Neftçi" və Türkiyə klubu arasında əməkdaşlıq imkanlarını müzakirə edilib
11.05.2026, 13:27 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib
11.05.2026, 13:21 Velosiped
-
Beynəlxalq arenada növbəti uğur
11.05.2026, 10:03 Cüdo
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
11.05.2026, 08:05 Velosiped
-
"Barselona" "Real"a qalib gələrək çempionluğunu rəsmiləşdirdi
11.05.2026, 01:16 Futbol
-
Avropa çempionatında iştirak edəcək parataekvondoçularımız müəyyənləşdi
10.05.2026, 22:45 Taekvondo
-
Qoru sınağında 9 medal
10.05.2026, 22:36 Cüdo
-
"Neftçi" üç xalı üç qolla qazandı
10.05.2026, 22:33 Futbol
-
Çimərlik güləşçilərimizdən bir dəst medal
10.05.2026, 21:18 Güləş
-
Paraüzgüçümüzdən gümüş medal
10.05.2026, 20:43 Su idman növləri
-
"Turan Tovuz" avrokuboklara vəsiqəni təmin etdi
10.05.2026, 19:17 Futbol
-
Cüdoçumuzdan bir həftə ərzində iki medal
10.05.2026, 19:00 Cüdo
-
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
10.05.2026, 15:45 Velosiped
-
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
10.05.2026, 14:55 Futbol
-
“El-Klasiko" öncəsi statistik mənzərə: "Barselona" və "Real Madrid" arasında tarixi rəqabət
10.05.2026, 13:19 Futbol