MOK-da Atletlər Komissiyasının fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilib
Olimpizm xəbərləri
07.10.2021, 19:04
Oktyabrın 7-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyasının fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransı MOK-un Atletlər Komissiyasının sədri, cüdoçu Rüstəm Orucov və Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Avropa Atletlərinin 6-cı Assambleyasına qatılan komissiyanın iki üzvü - Fəridə Əzizova (taekvondo) və Nazim Babayevin (atletika) iştirakı ilə baş tutub.
Rüstəm Orucov tədbirdə çıxış edərək Komissiyanın idmançıların problemlərini həll etmək üçün yaradıldığını bildirib. O, hazırda idmanla məşğul olan, eyni zamanda, karyeralarını bitirmiş idmançıların problemlərini həll etmək üçün belə bir komissiyanın təşkilinə ehtiyac yarandığını vurğulayaraq deyib: “İdmançıların problemlərini aradan qaldırmaq üçün belə bir qurumun yaradılmasına ehtiyac var idi. Düşünürəm ki, biz əlaqəli şəkildə işləyərək idmançıların problemlərinin həllinə kömək göstərə bilərik. Eyni zamanda, karyeralarını bitirmiş idmançıların da hansı çətinliklərlə qarşılaşdıqlarını bilmək istərdik”.
Nazim Babayev Dubrovnik şəhərində keçirilən seçkilərdə iştirakından danışaraq qeyd edib ki, Assambleyada Azərbaycanı təmsil etməkdən qürur duyduğunu bildirib: “Bu Assambleyada seçkilərlə bağlı müzakirələr aparıldı. Avropa Atletlər Komissiyasına yay və qış idman növləri üzrə namizədlərin seçkisində ölkəmizi təmsil etdiyimizə görə qürur duyuruq. Düşünürük ki, Avropa Atletlər Komissiyasının növbəti toplantılarında Azərbaycan idmançıları ilə bağlı müəyyən problemləri qaldıracağıq”.
MOK-un Atletlər Komissiyasının üzvü qurumun fəaliyyəti ilə bağlı qeyd edib ki, hazırda idmançılar pandemiya ilə əlaqədar müəyyən problemlərlə üzləşirlər. Komissiyanın yaranmasının əsas səbəbi bu və ya digər problemləri aradan qaldırmaqdır.
Komissiyanın digər üzvü taekvondoçu Fəridə Əzizova Xorvatiyanın Dubrovnik şəhərində keçirilən seçkidə Tokio Olimpiadasının yekunları ilə bağlı müzakirələrin aparıldığını bildirib. MOK-un Atletlər Komissiyasının gələcək fəaliyyətinə toxunan idmançı komissiyada gender bərabərliyinin qorunduğunu da qeyd edib: “Komissiyada gender bərabərliyi qorunub. Belə ki, üzvlərin dördü kişi, dördü isə qadındır. Komissiyanın fəaliyyəti ilə bağlı bir sıra planlarımız var. Gələcəkdə treninqlərin keçirilməsi də nəzərdə tutulub”. Sonda jurnalistlərin sualları cavablandırılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
Bugün, 12:25 Velosiped
-
“Sabah” mövsümə rekordla başladı
Bugün, 11:28 Futbol
-
"Araz-Naxçıvan"dan Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qol
Bugün, 10:55 Futbol
-
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
Bugün, 00:09 Cüdo
-
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
14.09.2026, 23:25 Boks
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
14.09.2026, 22:12 Su idman növləri
-
Boksçularımız Avropa çempionatında iştirak edəcəklər
14.09.2026, 16:10 Boks
-
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
14.09.2026, 15:23 Basketbol
-
Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
14.09.2026, 14:01 Olimpiya dünyası
-
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.2026, 13:09 Su idman növləri
-
“Elite polo club” çempion oldu
14.09.2026, 12:58 Olimpiya dünyası
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
14.09.2026, 12:51 Su idman növləri
-
Azərbaycan komandası FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
14.09.2026, 11:10 Basketbol
-
Milli komandalarımız Çində beynəlxalq təlim-məşq toplanışda iştirak edib, ardınca yarışda mübarizə aparacaqlar
14.09.2026, 10:34 Olimpizm xəbərləri
-
Azərbaycan cüdoçuları lisenziya xarakterli yarışda 3 medal qazandılar
14.09.2026, 10:00 Cüdo
-
İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib
13.09.2026, 22:41 Olimpizm xəbərləri
-
Azərbaycan nümayəndə heyəti ISSA-nın 15-ci Baş Assambleyasında iştirak edib
12.09.2026, 21:00 MOK
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub
12.09.2026, 19:25 MOK
-
İdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
11.09.2026, 18:29 Olimpiya dünyası
-
Yunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
11.09.2026, 18:10 Güləş
-
Azərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
11.09.2026, 17:02 Atletika
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri
-
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
10.09.2026, 14:33 Cüdo
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
10.09.2026, 13:30 Voleybol
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
10.09.2026, 11:39 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
10.09.2026, 10:15 Olimpiya dünyası
-
İtaliyada MOK-ların II rəqəmsal kommunikasiyalar seminarı keçirilir
09.09.2026, 17:49 MOK
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
09.09.2026, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
09.09.2026, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol