U-21 yığmamız Xorvatiyaya böyük hesabla uduzdu

U-21 yığmamız Xorvatiyaya böyük hesabla uduzdu

21 yaşınadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi oktyabrın 12-də Xorvatiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilən oyun 5:1 hesabı ilə rəqib komandanın qələbəsi ilə başa çatıb.

Millimizin heyətində 55-ci dəqiqədə penaltidən Musa Qurbanlı fərqlənib.