Füzuli rayonunun işğaldan azad olunması münasibətilə keçirilən yoldaşlıq görüşü 4:4 hesabı ilə başa çatdı
BOK
19.10.2021, 10:00
Oktyabrın 17-də “Sportsman” jurnalının, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin və ‘’Olimpiya dünyası’’ qəzetinin birgə təşkilatçılığı ilə mini-futbol üzrə yoldaşlıq görüşü keçirildi. 17 oktyabr - Füzuli rayonunun işğaldan azad olunması münasibətilə təşkil olunan yoldaşlıq görüşündə idman mediasının nümayəndələri Vətən müharibəsində iştirak edən qazilər öz bacarıqlarını nümayiş etdirdilər. Gərgin və maraqlı keçən qarşılaşma 4:4 hesabı ilə başa çatdı. Yarışın bağlanış mərasimində ‘’Olimpiya dünyası’’ qəzetinin baş redaktorunun müavini, ‘’Olimpnews.az’’ saytının baş redaktoru Aslan Şirəliyev tədbirlə bağlı öz fikirlərini bildirdi. Qeyd olundu ki, düz bir əvvəl oktyabr 17-də Füzuli rayonunun işğaldan azad olunması Azərbaycan tarixində qızıl hərflərlə yazılıb. “44 günlük Vətən müharibəsi zəfər dolu günlərlə yadda qaldı. Bu zəfər dolu günləri bizə yaşatdığı üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Ordumuza borcluyuq. Vətən uğrunda canını fəda edən hər bir şəhidimizə Uca Tanrıdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayırıq. Bugünki tədbirin ərsəyə gəlməsində öz köməkliyini əsirgəməyən təşkilatçılara öz minətdarlığımı bildirirəm”, - deyə Aslan Şirəliyev bildirdi. Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev çıxışında bildirdi ki, bu günləri bizə yaşadan qəhrəman əsgərlərimizə minnətdarıq. O dedi: “Şəhidlik zirvəsinə ucalan oğullarımızın ruhları qarşısında baş əyirik. Qazilərimizə isə şəfa diləyirik. Yoldaşlıq görüşündə tədbirdə idman mediasının nümayəndələrini, qazilərimizi və idman ictimaiyyətinin bir araya gətirdik. Bu qarşılaşmada simvolik olaraq 4:4 hesabı qeydə alındı. Həmin hesab 44 günlük Vətən müharibəsində qazandığımız qələbəmizi özündə əks etdirir. Fürsətdən istifadə edərək qeyd edim ki, tədbirdə dünya və Avropa çempionları və Olimpiya Oyunlarının iştirakçısı olan idmançılarımız - Cavid Çələbiyev, Emil Hacıyev, Orxan Səfərov və Xəyal Əhmədov da iştirak edirlər. Bu iştiraka görə onlara da təşəkkür edirik”. Sonra çıxış üçün söz Qarabağ müharibəsi veteranı, “Bakı” Futbol Federasiyasının səlahiyyətli nümayəndəsi, tanınmış jurnalist Mahir Süleymanova verildi. Birinci Qarabağ döyüşlərində iştirak edən Mahir Süleymanov bunları dedi: “Bu gün torpaqlarımız düşmən tapdağından azad edilib. Hər zaman Azərbaycan əsgəri döyüşlərdə rəşadət göstərib. Qarabağ döyüşlərinin iştirakçıları, Vətən müharibəsində qalib əsgərlərlə birlikdə bir komandada çıxış etmək böyük şərəfdir. Bu möhtəşəm qələbə sayəsində Azərbaycan dünyaya səs saldı. Biz bununla qürur duyuruq. Belə bir bir tədbirdə iştirakımızı təmin etdiyiniz üçün hər birinizə minnətdarlığımı bildirirəm”. Çıxışlar başa çatdıqdan sonra hər iki komandanın iştirakçılarına xatirə hədiyyələri təqdim olundu.
Anar Əhmədov
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Bugün, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
Bugün, 15:20 Güləş
-
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
Bugün, 15:05 Cüdo
-
“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
Bugün, 14:30 Olimpiya dünyası
-
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
Bugün, 13:45 Futbol
-
Ümumdünya Şahmat Olimpiadası davam edir
Bugün, 12:33 Şahmat
-
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
Bugün, 10:53 Formula 1
-
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Bugün, 10:05 Boks
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol
-
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
16.09.2026, 16:27 Şahmat
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
16.09.2026, 16:22 Tennis
-
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
16.09.2026, 14:07 Gimnastika
-
2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
16.09.2026, 13:20 Formula 1
-
Şahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
16.09.2026, 11:52 Şahmat
-
Stolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
16.09.2026, 11:36 Tennis
-
Sahildən balıqtutma üzrə Azərbaycan çempionatı keçiriləcək
16.09.2026, 10:04 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub
15.09.2026, 20:06 Olimpiya dünyası
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
15.09.2026, 12:25 Velosiped
-
“Sabah” mövsümə rekordla başladı
15.09.2026, 11:28 Futbol
-
"Araz-Naxçıvan"dan Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qol
15.09.2026, 10:55 Futbol
-
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
15.09.2026, 00:09 Cüdo
-
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
14.09.2026, 23:25 Boks
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
14.09.2026, 22:12 Su idman növləri
-
Boksçularımız Avropa çempionatında iştirak edəcəklər
14.09.2026, 16:10 Boks
-
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
14.09.2026, 15:23 Basketbol
-
Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
14.09.2026, 14:01 Olimpiya dünyası
-
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.2026, 13:09 Su idman növləri
-
“Elite polo club” çempion oldu
14.09.2026, 12:58 Olimpiya dünyası
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
14.09.2026, 12:51 Su idman növləri
-
Azərbaycan komandası FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
14.09.2026, 11:10 Basketbol
-
Milli komandalarımız Çində beynəlxalq təlim-məşq toplanışda iştirak edib, ardınca yarışda mübarizə aparacaqlar
14.09.2026, 10:34 Olimpizm xəbərləri