"Barselona" Sterlinqin transferi barədə razılığa gələ bilmədi

"Barselona" Sterlinqin transferi barədə razılığa gələ bilmədi

Rahim Sterlinqin "Barselona"ya transferi baş tutmaya bilər. Buna səbəb "Mançester Siti"nin ingilis futbolçu üçün kataloniyalılardan 80 milyon avro tələb etməsidir. “Barselona” klubu son vaxtlar maliyə çətinliyi ilə üzləşdiyi üçün bu məbləği ödəyə bilməyəcəyini bildirib. 

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi 2015-ci ildən "Mançester Siti”də çıxış edir. O, bu müddət ərzində 195 matçda forma geyinib və 78 qolun müəllifi olub.