Bakıda Zəfər gününə həsr olunmuş “Qarapapaq Peşəkar Boks gecəsi” keçirilib
Olimpizm xəbərləri
09.11.2021, 11:40
Azərbaycan Peşəkar Boks Federasiyasının dəstəyi, “Qarapapaq Fight Club & Promotion” və “Olimp Pro”nun birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş Qarapapaq Peşəkar Boks gecəsi keçirilib. Olimpnews.az saytı xəbər verir ki, paytaxt Bakıda Türkün, Qafqazın, vətənimiz Azərbaycanın milli-mədəni dəyərlərini, bu dəyərlərdən doğan döyüş ruhunu, gücünü simvolizə edən “Qarapapaq Peşəkar Boks gecəsi” baş tutub. Tədbirin əvvəlində şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. Gecədə Azərbaycan idman ictimaiyyətinin tanınmış simaları, olimpiya və dünya çempionları, ictimai və siyasi xadimlər, həmçinin biznes dünyasının tanınmış simaları iştirak ediblər. Tanınmış şoumen Şəhriyar Əbilovun aparıcılıq etdiyi tədbirdə ilk olaraq açılış sözü ilə "Qarapapaq Fight Club & Promotion"-un prezidenti Aqil Acalov çıxış edib. O əldə olunan zəfərin səbəbkarlarını yad edib və xalq olaraq istər şəhid, istər qazi, istərsə də Vətən Müharibəsinin digər iştirakçılarına bu gün çox şey borclu olduğumuzu vurğulayıb. Gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsi üçün idmanın əsas vasitələrdən biri olmasından və bu sahənin inkişafının vacibliyindən danışan Aqil Acalov klubun təkcə peşəkar boks yarışlarının deyil, o cümlədən, MMA, ciu-citsu, kikboksinq növlərində də bir sıra turnirlərin təşkilini nəzərdə tutmasından, həmçinin bu turnirlərin yalnız ölkəmizdə deyil, eyni zamanda ölkə hüdudlarından kənarda da həyata keçirilməsinin planlaşdırıldığını bildirib. Daha sonra “Olimp Pro Sport Organization”un təsisçilərindən, eyni zamanda “Motivator Azerbaijan” layihəsinin təsisçisi Rüfət Həsənov öz çıxışında ölkəmizdə peşəkar idmanın inkişafına yönəlmiş perspektivlərdən, "Olimp Pro"-nun yaradılmasının məqsəd və qayələrindən söz açaraq bu yolda daim idmançılarımıza dəstək olmağa hazır olduqlarını bildirib. O idmançılarımızın hər zaman bayrağımızı yüksəklərdə dalğalandırmağa çalışmalı olduqlarını deyərək idmanın bunun üçün xüsusi fürsət olduğunu deyib. “Olimp Pro Sport Organization”un digər təsisçisi, eyni zamanda “Azart Tuning” qrupunun təsisçisi Arif Zeynalov da öz növbəsində ölkəmizdə idmana olan diqqət və qayğıdan danışıb. O, ölkəmizdə idmanın bu qədər inkişafında dövlətin və bilavasitə dövlət başçısı cənab İlham Əliyevin müstəsna xidmətlərindən danışıb. Ulu öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı olaraq ölkə başçısının bu sahəni hər zaman xüsusi diqqətdə saxladığını vurğulayan A. Zeynalov idmanın vətənimiz və xalqımız üçün xüsusi əhəmiyyətə malik olduğunu deyib. Açılış sözünə davam edən Azərbaycan Peşəkar Boks Federasiyasının birinci vitse-prezidenti, müstəqil Azərbaycanın boks üzrə ilk dünya çempionu Fərhad Acalov qalib ölkənin vətəndaşları olaraq xalqımızı hər zaman bütün sahələrdə hamıdan güclü olmaq üçün mübarizə aparmaqda israrlı olmağa səsləyib və bu səbəbdən peşəkar boks üzrə dünya çempionları yetişdirməyi qarşısına məqsəd qoyduğunu vurğulayıb. Bakı İdman Sarayında baş tutmuş turnirdə orta və ağır çəki dərəcələrində 12 peşəkar boksçunun iştirakı ilə ümumilikdə 6 döyüş keçirilib. Qaliblərə pul və və digər qiymətli hədiyyələr təqdim olunub. Həmin döyüşlərin və idmançıların siyahısı aşağıdakı kimidir: 1. Mustafazadə Ağasəlim – Bəbirov Əzrək Bəbirov Əzrək hakimlərin yekdil qərarı ilə qalib gəldi 2. Nicat Məhərrəmov – Kazımov Kənan Kazımov Kənan hakimlərin yekdil qerarı ilə qalib gəldi 3. Babayev Ramazan – Abdullayev Nihat Abdullayev Nihat texniki nokaut ilə qalib gəldi 4. Qurbanov Xanbala – Məmmədov Ruslan Məmmedov Ruslan hakimlərin yekdil qərarı ilə qalib gəldi 5. Şəmiyev Zabeh – Ağayev Rauf Ağayev Rauf hakimlərin yekdil qərarı ilə qalib gəldi 6. Camaluddinov Azedullah – Tarverdi Fuad Tarverdi Fuad hakimlərin yekdil qərarı ilə qalib geldi 9. Heydərov Pərvin – Həsənov Nicat Döyüş heç-heçə başa çatdı
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK