Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Van Venbin Koreya Xalq Demokratik Respublikasının (KXDR) fevralın 4-22-də Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak etməməsinə münasibət bildirib.
V.Venbin Çin və Şimali Koreya arasında dostluq münasibətinin olduğunu bildirib. “Biz Qış Olimpiya Oyunlarının hazırlığına başlayanda KXDR dəstəyini əsirgəmədi. Müəyyən səbəblərdən KXDR Olimpiadada iştirak edə bilməyəcək. Çin hökuməti bunu anlayışla qarşılayır. Ölkələrimiz digər sahələrdə olduğu kimi, idman sahəsində də əməkdaşlığı bundan sonra genişləndirəcək”, - deyə Van Venbin deyib.
Qeyd edək ki, Şimali Koreya Tokio Olimpiadasında da iştirak etməmişdi.
Çin hökumətindən Pekin-2022 ilə bağlı Şimali Koreyaya cavab