Şəhid anası İzafət İsayevanın xatirəsinə ithaf
Olimpizm xəbərləri
18.01.2022, 10:48
Ağdaşda bir ana vardı. Dərdi dağlardan da böyük Qəhrəman ana! İllərin kədəri, zərif köksündə, kövrək ürəyində qaysaq bağlamayan yaraya dönmüşdü. Şəhid anası, analar anası İzafət xanım. Dörd oğul itkisinin ağrı-acısıyla 84 yaşında dünyadan köçən zəhmətkeş, qayğıkeş, xanım-xatun ana! Sərbəst güləş üzrə Avropa və dünya çempionu Xəzər İsayevin və 1990-cı ilin 20 yanvarında Azərbaycanın azadlığı və suverenliyi uğrunda canını qurban vermiş gənc idmançımız, Ağdaşın qaranquş şəhidi Müşfiq İsayevin anasıdır, İzafət ana. Ağdaşda ömrünü pedaqoji fəaliyyətə sərf etsə də, övladlarının təhsil və tərbiyəsinə həmişə ciddi yanaşıb. Həyat yoldaşı Ağaəli müəllim cavan yaşında dünyasını dəyişərkən övladlarına analıq qayğısından savayı atalıq qayğısını da əsirgəməyib. Hələ bundan öncə böyük övladı Natiqi körpə yaşında torpağa tapşırıb. Sonra sonbeşik övladı Müşfiqin acısı.. Yeddi övladından sonbeşiyinin taleyinə şəhidlik düşüb. Fələk taleyinə cəmi 21 bahar, 22 qış ömür payı yazıb pəhləvan Müşfiqin. İdmançılar arasında ən sürətli qaçış hərəkətinə malik imiş. Lakin 1990-cı ilin 19 yanvar gecəsi əcəlin əlindən qaça bilməyib. Hara qaçacaqdı, axı? Məgər o, düşmən qabağından qaçan oğullardan idimi? Əsla! Axı, İzafət ana Müşfiqi Vətənə şəhid vermək üçün dünyaya gətiribmiş. Müşfiq Sovet tankları önündə əllərindən çəpər çəkən anda ürəyinə tuşlanan zəhərli güllənin yanğısından idmançı dostunun qucağında “Ana!.. Ana!.. Ana!...” kəlməsiylə şəhadətə qovuşanda İzafət ana Ağdaşda oğlundan xəbərsiz imiş. Hətta Müşfiqi torpağa əmanət edərkən qanlı köynəyindən, şəhid cismindən çıxarılan güllədən də xəbərsiz olub İzafət ana. Qardaşlar bu tükürpədici mənzərəni dərdli anaya göstərməklə onun bağrını qana döndərmək istəməyiblər.
Övladlarının xeyir işini görüb, oğul toyu edib, qız köçürüb, İzafət ana, təkcə Müşfiqdən savayı. Sonbeşiyi üçün həvəslə sandıqda bəslədiyi nişan ləvazimatları Ağdaşın Şəhidlər Xiyabanında, onun məzarı üstə paylanıb. Qanlı Yanvar yarası, ananin sinəsinə çəkilən şəhid dağı yetməyib. Bütün ömrü boyunca bala dərdini çəkmək yazılıbmış taleyinə. Qəlbini göynədən nakam şəhid oğulun itkisinin ardınca isə qəfil ürək tutmasından dünyasını dəyişən böyük oğulları Zaur və Sadiq İsayevlərin itkisi... Kişi qeyrətli, dağ vüqarlı ana bu acılara da qatlaşıb, bu ağır itkilərlə də barışmalı olub, lakin Tanrıya şükrünü əsirgəməyib. Bir ana üçün övlad acısından böyük ürək dağı nə ola bilər ki, bu həyatda?Axı, hansı oğulun dərdini çəkəydi ana? “Dərd də gələndə batmanla gəlir”- deyib, atalarımız. Bir belə dərdə necə tab gətirirdi zərif ana ürəyi?
Bilirdim ki, Ağdaşda hamı şəhid anası İzafət xanıma “Analar anası” deyə, müraciət edərək ehtiramla yanaşır, qayğısına qalır, dərin hörmət bəsləyir. Ananın görüşünə getmək əlçatmaz arzularımdan biri idi. Onu da deyim ki, arzusunda olduğum məqama yetişmək üçün düşüncələr tərkində vurnuxduğum günlər də olub. Bu minvalla da şəhid anası İzafət xanımın əllərini öpmək üçün, eyni zamanda onun qəhrəman oğlu Müşfiqin məzarını ziyarət etmək üçün Ağdaşa, İsayevlər ocağına təşrif apararkən həmin ocaqdan da xoş təəssüratlarla dolu unudulmaz xatirələrlə ayrılmışdım. İşıqlı otaq, mehriban, gülərüz, həddindən artıq qonaqpərvər, imanlı, səmimi, təmiz qəlbli, istiqanlı ailə üzvləri, divardan asılmış naxışlı xalça üzərindən boylanan pəhləvan Müşfiqin məsum baxışları, bir də şəhidimizin yağlı boya ilə çəkilmiş portreti illərin ağuşunda yaddaş tarixçəmdə heç zaman unudulmayacaq xoş xatirə kimi qalacaq. Eyni zamanda İzafət ananın nurani çöhrəsi, səmimi, xoş söhbətləri xəyalımdan silinməyəcək: “Hamı bilir ki, Müşü (Müşfiq) hər işi bacaran, qoçaq, ürəkli oğlan idi...”
Təəssüf ki, mənim həyatımda həmin gün İzafət anayla ilk və son görüşüm oldu... Bu həssas məqamda kövrək hisslərlə dərindən ah çəkməyə bilmirəm...
Bu günlərdə İzafət ananın gəlini İradə xanımın qayınanasına həsr etdiyi bir şeir keçib əlimə. Şeir bir neçə il bundan öncə yazılıb. Şeirdə ən səmimi hisslərlə ifadə edilmiş ürəkdən gələn təsirli misralar, duyğulu məqamlar diqqətimi çəkdi. Odur ki, şeiri oxuculara təqdim etmək qərarına gəldim:
İllər səni necə sınağa çəkdi,
Zərif ürəyini gör bir neynədi.
Ağarmış saçların bir də ağardı,
Fikirdən, qüssədən belin büküldü.
Əyilmə, ay Ana, dik tut başını!
Taleyin işidir, neynəmək olar?!
İradə xanım şeirin altında qeyd edib: “Bu şeiri İzafət anaya həsr elədim. Bu gün 80 illiyi olacaqdı, amma biz bu günü qeyd edə bilmədik... Bir də bu şeir başlığı “İzafət” sözündən yaranıb. Hər sətir adına yazılıb.”İzafət anaya həsr edilmiş dərin məna kəsb edən, bu lirik məzmunlu şeiri oxuduqca kövrəlib, duyğulanmamaq, olmur.
Əslində mənim də İzafət anaya deyiləcək ürək sözüm çox idi. Lakin çox təəssüf ki, amansız əcəl fürsət vermədi... Bəlkə bu yazımı da məktub şəklində yaza bilərdim, ancaq düşündüm ki, məktubum nə İzafət ananın ünvanına çatacaq, nə də onu təhvil alıb, oxuya biləcək. Onu da deyim ki, İzafət ananın vəfatı məni həqiqətən də ürəkdən sarsıtdı, üzdü... Bəzən bu üzüntünün, sarsıntının necə ağır bir hiss olduğunu ifadə etməkdə sözlərim, kəlimələrim aciz qalır.
Qəhrəman, mərd oğullar dünyaya gətirən anaların Tanrı dərgahında yeri cənnətdir zatən. Düşünürəm ki, daha şəhid Müşfiqin də nakam ruhu fərəhləndi, Tanrı dərgahında anasına qovuşdu...
Allahdan İzafət anaya qəni-qəni rəhmət diləyir, ruhu qarşısında dərin ehtiram hissi ilə baş əyirəm.
Sizin əziz və unudulmaz xatirəniz yaddaşımızda əbədi yaşayacaq ey Qəhrəmanlar anası, möhtərəm İzafət xanım! Məzarınız nurla dolsun! Ödənməz haqqınızı bizə halal edin, anacan!
Hörmətlə:
Sevinc ƏDALƏTQIZI,
Tədqiqatçı, publisist
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK