Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat super turniri davam edir. Bu gün yarış çərçivəsində dördüncü turun oyunları keçirilib.
Ölkəmizin yarışdakı yeganə təmsilçisi Şəhriyar Məmmədyarov bu turda polşalı Yan Kşiştov Duda ilə mübarizə aparıb. Rəqibinə qarşı ağ fiqurlarla oynayan şahmatçımız turu qələbə ilə başa vurub. Bu, təmsilçimizin turnirdə ilk qələbəsidir.
Qeyd edək ki, şahmatçımız ötən 3 turun qarşılaşmalarını heç-heçə ilə başa vurub. Ş.Məmmədyarovun aktivində 2,5 xal var və bu nəticə ilə beşinci pillədə qərarlaşıb. Turnir cədvəlinə 3 xalla hindistanlı Santoş Vidit liderlik edir.