Nazir triatlonçu ilə görüşdü

Nazir triatlonçu ilə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın ilk “dəmir qadını” adını qazanmış Rəbiyyə Orucova ilə görüşüb.
İdmançımız yarışın velosiped mərhələsində qəzaya uğrasa da, əsl iradə nümayiş etdirərək mübarizəni davam etdirib və finişə çatıb. R.Orucovanın çıxışı ilə maraqlanan nazir, onu uğuru münasibətilə təbrik edib və yeni qələbələr arzulayıb.
Öz növbəsində, R.Orucova ölkəmizdə idmançılar üçün yaradılmış şəraitə, kütləviliyin diqqət mərkəzində saxlanılmasına görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, R.Orucova Cənubi Afrika Respublikasının Port Elizabet şəhərində keçirilən “Isuzu Ironman” turnirində uğurla çıxış edərək “Ironman” titulunu qazanıb. “Triterra Baku Triatlon Klubu”nun nümayəndəsi olan idmançımız 3,8 kilometr üzgüçülük, 180 kilometr velosiped, 42 kilometr qaçış da daxil olmaqla, tam “dəmir məsafəni” 12 saat 18 dəqiqə 21 saniyəyə qət edib.