Kubalı mütəxəssis yenidən boks üzrə yığma komandaya gətirildi
Olimpizm xəbərləri
26.04.2022, 14:48
Boks üzrə kişilərdən ibarət Azərbaycan yığma komandasına yeni baş məşqçi təyin olunub. İdarə Heyətinin qərarına əsasən milli komandanı kubalı mütəxəssis Pedro Roke idarə edəcək. Təcrübəli baş məşqçi ilə Paris-2024 Yay Olimpiya Oyunlarının sonunadək müqavilə imzalanıb. Onun qarşısına əsas hədəf kimi Azərbaycan millisinin iştirak edəcəyi hər yarışda, xüsusilə də olimpiadada uğurlu çıxış etmək tapşırığı qoyulub. Kubalı mütəxəssis yeni vəzifədə həmyerlisi Umberto Orta Domingesi əvəzləyib. Domingesin başa çatan müqaviləsi uzadılmayıb. Qeyd edək ki, Pedro Roke 2014 - 2016-cı illərdə də Azərbaycan yığmasının baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarında çıxış edib və hələlik olimpiadalarda ölkə tarixinin ən yaxşı nəticəsinə imza atıb. Həmin vaxt Lorenzo Sotomayor (64 kq) finala yüksəlməklə və yekunda gümüş medal qazanmaqla milliyə ilk yaşadıb. Həmçinin Kamran Şahsuvarlı (75 kq) da Rio-2016-nı bürünc mükafatla başa vurub. İBA-nın (əvvəlki AİBA) 3 ulduzlu mütəxəssisi olan Pedro Roke 2009-cu ildə AİBA tərəfindən dünyanın ən yaxşı məşqçisi seçilib. O, 1971 - 2004-cü illərdə Kubanın yeniyetmələrdən və gənclərdən, 2005 - 2010-cu illərdə əsas komandasına rəhbərlik edib. Mütəxəssis 2012 - 2014-cü illərdə ABŞ yığmasının sükanı arxasında olub. 2014 - 2016-cı illərdə Azərbaycan millisinə rəhbərlik etmiş kubalı 2017-ci ildən ABŞ-da peşəkar və həvəskar boksçularla işləyir. 1992 - 2006-cı illərdə Bolqarıstan, Fransa, Almaniya, İtaliya, Rusiya, Qazaxıstan, Ukrayna kimi ölkələrdə Olimpiya Oyunları və dünya çempionatlarında medal qazanmaq üçün onun təlimlərindən istifadə olunub. Roke ABŞ-da WSB Liqasında iştirak edən klubda da fəaliyyət göstərib. O, 7 dəfə Yay Olimpiya Oyunlarına və 23 dəfə dünya çempionatına komanda çıxarıb, olimpiadalarda 32 (14 qızıl, 10 gümüş, 8 bürünc), mundiallarda 36 (18 qızıl, 6 gümüş, 12 bürünc) medal qazanıb. Bundan əlavə, Rokenin yetirmələri yeniyetmələrin dünya birinciliklərində 30 (15 qızıl, 8 gümüş, 7 bürünc), gənclərin dünya birinciliklərində 110 (54 qızıl, 26 gümüş, 30 bürünc), Mərkəzi Amerika Oyunlarında 20 (12 qızıl, 4 gümüş, 4 bürünc), Panamerika Oyunlarında 42 (22 qızıl, 12 gümüş, 8 bürünc) dəfə fəxri kürsüdə yer alıblar. Yeni baş məşqçinin çalışdığı boksçulardan dəfələrlə olimpiya və dünya çempionu olanlar da var. Bunlar sırasında olimpiadanın üçqat, dünya çempionatının beşqat çempionu Feliks Savonun, həmçinin Oyunlarda 2 dəfə qızıl medal qazanan Mario Kindelan, Gilyermo Riqondo, Ronyel İqlesias, Xulio Sesar La Krus, Ariel Ernandesin adlarını çəkmək olar.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK