Alim Qasımov "Şamaxı"nın oyunu barədə danışıb: "Allah qoysa, udarlar"

Alim Qasımov "Şamaxı"nın oyunu barədə danışıb: "Allah qoysa, udarlar"

"İndi uduzmağa başlayıblar. Allah qoysa, udarlar".

Bunu  OlimpNews-a açıqlamasında xalq artisti Alim Qasımov "Şamaxı"nın Azərbaycan Premyer Liqasındakı çıxışı barədə danışarkən deyib.

A.Qasımov doğma rayonunun eyniadlı komandasının "Qarabağ"a 0:8 hesablı məğlubiyyətinə belə reaksiya verib: "Futbola yox, qollara baxıram. Məğlubiyyət kimi qələbələr də var. Gərək uduzasan ki, uda da biləsən".

Xalq artistinin fikrincə, futbolun Şamaxıya gəlişi ilə futbolçularda həvəs yaranacaq: "Onlar rayonun gözəl havasında gecə-gündüz məşq etsələr, yəqin ki, öz sözlərini deyəcəklər. Biz "Şamaxı"ya yalnız uğurlar arzulaya bilərik".

Qeyd edək ki, hazırda "Şamaxı" 26 oyundan 21 xalla 6-cı yerdə gedir. Klub yeni adla keçirdiyi 5 oyundan 4-də uduzub və cəmi 1 heç-heçə edib.