Xokkey üzrə dünya çempionatında Almaniya və Danimarka yığmaları arasında keçirilməli olan matçın startı təxirə salınıb.
Olimpnews-un "Ilta-Sanomat" nəşrinə istinadən məlumatına görə, buna oyunun başlamasına az qalmış arenada yanğın baş verməsi səbəb olub.
Bütün azarkeşlər və xokkeyçilər dərhal təxliyə ediliblər. Arenaya yanğınsöndürən maşınlar gəlib. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.
Görüşün yeni vaxtı daha sonra açıqlanacaq.
Qeyd edək ki, dünya çempionatı Finlandiyada keçirilir.