“Azərbaycan Bakı Bəyannaməsində 44 günlük Vətən müharibəsində qazandığı zəfərlə bağlı təbrik edilir”.
Olimpnews.az-n xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, sənəddə həmçinin həmin ərazilərin bərpası ilə bağlı çağırış edilir, Zəngəzur dəhlizi ilə bağlı ciddi dəstək nümayiş etdirilir.
Qeyd edək ki, mayın 17-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında Bakı Bəyannaməsi imzalanıb. Sənədi Azərbaycan, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərləri imzalayıblar.