Mahir Emreli: "Yığmada vəziyyəti dəyişmək istəyirik" - MÜSAHİBƏ
Olimpizm xəbərləri
27.05.2022, 12:45
Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emrelinin "Report"a müsahibəsi
- Bu mövsüm Polşa "Legiya"sında da çıxış etdiniz. Ümumilikdə klub karyeranızı uğurlu saymaq olarmı? - Avropada ilk mövsümüm olduğunu nəzərə alsaq, heç də pis olmadı. Bəzi şeylər istədiyim kimi, bəziləri isə istəmədiyim kimi alındı. Ümumilikdə bir komandada ən çox qol vuran oyunçu oldum. Digərində isə çempionluq titulunu qazana bildim. Özümü qiymətləndirməyi çox da xoşlamıram. Düşünürəm ki, ki buna insanlar qərar versə, daha doğru olar.
- Polşa "Legiya"sında daim əsas heyətdə yer almağa öyrəşmiş Mahir Emreli üçün Xorvatiyanın "Dinamo" klubunda ehtiyatda qalmaq çətinlik yaratmadı? - "Legiya"da vəziyyət tam başqa idi, oraya hazırlıqlı getmişdim. "Dinamo"ya gedəndə isə təlim-məşq toplanışı keçməmişdim. UEFA Avropa Liqası oyunu üçün qeydiyyata son bir gün qalmışdı. Mən də həmin gün müqavilə imzaladım. Bir çox çatışmazlığım var idi. Onları yavaş-yavaş aradan qaldırmağa və formaya düşməyə çalışdım. Düşünürəm ki, "Dinamo"da yetərincə şans qazana bildim. Son 3 oyunun birində zədələndim. Amma nə olursa-olsun, komandanın uğuru hər şeydən önəmlidir. Çempionluq titulu qazandığımız üçün sevincliyəm. Bu mövsüm "Dinamo" üçün rahat olmadı, güclü rəqabət var idi.
- Zədələrdən sonra özünüzü necə hiss edirsiniz? - "Legiya"ya hazırlıqlı getdiyim üçün orada zədə problemim olmamışdı. Amma "Dinamo"ya hazırlıqsız yollandığımdan, əzələ dartılması yaşadım və daha sonra çiynimdən xəsarət aldım. Belə məqamlar mənə çətinlik yaratdı. Hazırda özümü daha yaxşı hiss edirəm. Millinin qarşıdakı oyunlarına hazırlaşırıq.
- Milli komandada yenidən özünüzü göstərməyiniz üçün maneələri aradan qaldıra biləcəksinizmi? - Hamımız yığmada vəziyyəti dəyişmək istəyirik. Ümid edirəm ki, bu il daha iddialı, daha yaxşı və daha mübariz komanda olacağıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, ölkəmizi, xalqımızı qürurlandıraq və sevindirək. Ümid edirəm ki, buna nail olacağıq. Hazırlıq üçün zamanımız da var. Hər şeyin yaxşı olacağına inanıram.
- Yığmanın təlim-məşq toplanışı necə necə keçir və qarşıdakı 4 oyundan nə gözləyirsiniz? - Hələlik tam heyətlə toplaşmamışıq. Hazırlıq prosesinin ilk günləri yaxşı alınıb. Yarı-intensiv və yüngül məşqlər edirik. Komanda daxilindəki ab-hava və hər şey çox yaxşıdır. Hamı çox mehribandır, bir-birinə dəstək olur. Ümid edirəm ki, meydanda da buna nail olacaq və yaxşı nəticə üçün oynayacağıq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilir
Bugün, 08:41 Formula 1
-
Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
23.09.2026, 15:41 Olimpiya dünyası
-
Futbola həsr olunan ömür
23.09.2026, 15:23 Olimpiya dünyası
-
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
23.09.2026, 13:33 Formula 1
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
23.09.2026, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
23.09.2026, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
23.09.2026, 10:48 Futbol
-
Daha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
23.09.2026, 10:32 Boks
-
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
23.09.2026, 10:09 Gündəm
-
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
22.09.2026, 22:02 Cüdo
-
Veteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
22.09.2026, 21:42 Cüdo
-
MOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
22.09.2026, 16:00 MOK
-
71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
22.09.2026, 15:23 Müsahibə
-
Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
22.09.2026, 13:18 Cüdo
-
Azərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
22.09.2026, 13:04 Futbol
-
AŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
22.09.2026, 12:43 Şahmat
-
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
22.09.2026, 10:34 Şahmat
-
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
22.09.2026, 10:17 Boks
-
Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
22.09.2026, 00:19 Cüdo
-
Cəlilabadda sərbəst güləş turniri keçirilib
21.09.2026, 19:42 Güləş
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
21.09.2026, 17:35 Futbol
-
Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər
21.09.2026, 17:16 Voleybol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
21.09.2026, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
21.09.2026, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
21.09.2026, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
21.09.2026, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
21.09.2026, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
21.09.2026, 11:17 Boks
-
Azərbaycan çempionatı başa çatıb
21.09.2026, 10:33 Su idman növləri
-
Atletimiz dünya çempionatında iştirak edib
21.09.2026, 10:12 Atletika
-
Cüdoçumuz veteranlar arasında dünya çempionu olub
20.09.2026, 22:25 Cüdo
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
20.09.2026, 10:36 Gündəm
-
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20.09.2026, 09:00 Gündəm
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol