Azərbaycan qılıncoynadanı Avropa çempionu olub

Azərbaycan qılıncoynadanı Avropa çempionu olub

Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında qadın sablyaçıların şəxsi yarışında mükafatçılar müəyyənləşib.

“Olimpnews” xəbər verir ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran Azərbaycan milli komandasının lideri Anna Başta uğurlu çıxışının davamını pley-offda da gətirib. Pley-offda keçirdiyi ilk görüşdə Rumıniya təmsilçisi Sabina Martisi 15:8 hesabı ilə məğlub edən Anna, 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər təmsilçimiz Palina Kaspiaroviçə 15:14 hesabı ilə qalib gəlib.

1/4 finalda ukraynalı olimpiya çempionu Olqa Xarlanı mübarizədən kənarlaşdıran (15:14) qılıncoynadanımız yarımfinalda polşalı Suzanna Pieslara 15:6 hesabı qalıb gələrək, finala yüksəlib. Həlledici görüşdə İtaliya sablyaçısı Rossella Qreqorioya 15:9 hesabı ilə qalib gələn Anna Başta Avropa çempionatının qızıl medalını qazanıb.

Azərbaycan qılıncoynadanı Avropa çempionu olub Azərbaycan qılıncoynadanı Avropa çempionu olub Azərbaycan qılıncoynadanı Avropa çempionu olub Azərbaycan qılıncoynadanı Avropa çempionu olub Azərbaycan qılıncoynadanı Avropa çempionu olub Azərbaycan qılıncoynadanı Avropa çempionu olub