"Olimpiadaya lisenziya qazananların ümumi reytinqin ilk "8-liy"ində olmaları bizim hədəfimizdir".
"Olimpnews"un məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu deyib.
O bildirib ki, hazırda məqsəd təkcə 2024-cü il Paris Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdan ibarət deyil: "Bununla yanaşı, o qədər xal toplamaq lazımdır ki, olimpiadada püşkatma zamanı səpələnmişlər səbətində yer alasan. Analizlərimiz göstərir ki, olimpiadalarda kişi və qadın cüdoçular üzrə ümumilikdə 56 medalın 80 faizini səpələnmişlər səbətindəkilər qazanırlar. Ona görə də biz səpələnmişlər sırasına düşməyə çalışmalıyıq".