Beynəlxalq Olimpiya Komitəsi ukraynalı idmançılara maliyyə dəstəyini üç dəfə artıracaq.
“Olimpnews” “UNİAN”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla birgə mətbuat konfransında deyib.
“Bu gün cənab president (Tomas Bax - Red) ukraynalı olimpiyaçılarımız üçün yeni dəstək paketinin ayrıldığını elan edib. Biz bunu həqiqətən yüksək qiymətləndiririk və çox minnətdarıq. Xüsusi tədbirin keçirilməsi təşəbbüsünə görə Sizə minnətdaram. Ukraynada idman infrastrukturunun bərpası üçün Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında donor konfransı keçiriləcək”, - Zelenski vurğulayıb.