İslamiadada titullu "klassiklər"imiz yarışacaq

İslamiadada titullu "klassiklər"imiz yarışacaq

Azərbaycan yunan-Roma güləşi yığması Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarında əsas heyətlə təmsil olunacaq.

Olimpnews.az-ın əldə etdiyi məlumata görə, dünya çempionatı ilə aradakı zaman azlığı səbəbindən əvvəlcə ehtiyat qüvvənin İslamiadada çıxışı planlaşdırılsa da, sonradan qərar dəyişdirilib.

Oyunlarda dünya və üçqat Avropa çempionu, olimpiya mükafatçısı Rafiq Hüseynov, dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli, Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Sənan Süleymanov və digər titullu "klassiklər"in iştirakı gözlənilir.

Qeyd edək ki, İslamiada 9-18 avqustda keçiriləcək.
Dünya çempionatı isə 10-18 sentyabrda Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq.