İslam Həmrəyliyi Oyunlarında iştirakını başa vurmuş Azərbaycan idman nümayəndə heyətinin bir qrupu xüsusi təyyarə reysi ilə Vətənə qayıdıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, onlar arasında medal qazanan idmançılar da var.