Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir. Bu gün mübarizə aparan şpaqa üzrə milli komandamız V İslam Həmrəyliyi Oyunlarının finalına vəsiqə qazanıb. Yığmamız yarışın yarımfinalında Özbəkistan yığmasına 45:32 hesabı ilə qalib gəlib. Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət kollektiv həlledici görüşdə İran millisi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Millimiz İslamiadanın finalında
 
             
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
         
                         
                         
                         
                         
                         
                         
                         
                        


 
                        jpeg-1761331217.jpeg) 
                         
                         
                         
                         
                         
                        