Övladlarımızı hansı idman növünə cəlb edək ki...
Olimpizm xəbərləri
06.09.2022, 17:03
İstəyirsiniz ki, övladınız idmanla məşğul olsun? Lakin onlarda bu marağı oyada bilmirsiniz? Bunun üçün idman psixoloqlarının valideynlərə gördüyü məsləhətləri bir araya gətirməyə çalışdıq.
Uşaqları idmana necə həvəsləndirək?
Bu sual hər zaman valideynləri düşündürür. Görəsən, övladımın idmana marağı hansı səviyyədədir? Onu hansı idman növünə yazdırsam, nəticə faydasız olmaz?
Uşağın fiziki imkanlarını nəzərə almaq başlıca şərtdir. Onları idmana həvəsləndirmək üçün özümüzlə birlikdə idman zallarına, yarışların keçirildiyi arenalara aparmaq lazımdır. Fürsət düşdükdə televizor qarşısında idman verilişlərini, reportajlarını və filmləri birlikdə izləməliyik. Belə bir məqamda onların bizə ünvanladığı sualları dolğun cavablandırmalıyıq. Övladlarınızı idmana həvəsləndirməyin digər yollarından biri də onların oyuncaqlarının arasında idman ləvazimatlarının üstünlük təşkil etməsidir. Əgər uşaqlarımızın idmançı kimi və yaxud sağlam böyüməsini istəyiriksə, onların əşyaları arasında top, rolik, velosiped, üzgüçülük ləvazimatı, tennis raketkası yer almalıdır. Tədricən uşaq həddi-buluğa çatdıqdan sonra artıq özü bildirəcək ki, hansı idman növünə daha çox həvəs göstərir. Belə məqamda onların seçiminə qarşı, həssaslıq nümayiş etdirmək lazımdır. Qətiyyən onları həvəsdən salmaq və başqa seçim qarşısında qoymağa çalışmayın. Artıq onların seçim etdiyi idman növünə bir valideyn olaraq rəğbət göstərməyə çalışın. Hətta bu ürəyinizcə olmasa belə, hisslərinizi cilovlamağa çalışın. Ola bilər ki, övladınız məşq və yarışlar zamanı uğursuzluqla üz-üzə qalsın. Belə vəziyyətdə bir valideyn olaraq onları həvəsləndirməyə çalışın. Özünüzü elə göstərin ki, siz doğrudan da onların bu uğursuzluğunun təsadüf olduğuna inanırsınız. Bu övladınıza çox müsbət təsir edəcək və əmin olun ki, növbəti çıxışlarında onlar bu uğursuzluğu qələbə ilə əvəz edəcəklər.
Hansı idman növləri uşaqlar üçün məsləhətdir?
İdman növlərinin əksəriyyəti uşaqların fiziki cəhətdən sağlam böyüməsi üçün mütəxəssislər tərəfindən məsləhət görülür. İdmanla məşğul olan uşaq eyni zamanda, psixoloji gərginliyi daha tez dəf edə bilir. Uşaqları 3-5 yaşından etibarən idman növlərinə cəlb etmək olar. Bu yaş həddində onlar üzgüçülük, akrobatika, bədii gimnastika, cüdo, böyük tennis, stolüstü tennis, hokkey, futbol və digər idman növləri ilə məşğul ola bilərlər. Məhz bu idman növləri ilə məşğul olan uşaqlarda sinir sistemi, sümüklərin düzgün formalaşması, nəfəs almaq və qan dövranı normal şəkildə tənzimlənir. İdmanla məşğul olan uşaqların sürət reaksiyaları özünüidarə, fərqli xarakter və idarəçilik xüsusiyyətləri də formalaşır.
Onların daxilində
yüksək enerji var
Övladınızın fiziki imkanlarını sizdən yaxşı heç kim bilə bilməz. Əgər övladınız biraz şişmandırsa, onu fiziki gərginlik tələb edən idman növlərinə yazdırmayın. Onları əlbəyaxa döyüş növlərinə və güc tələb olunan idman növlərinə cəlb edin. Əgər uşaq fiziki cəhətdən bir qədər çəlimsiz və arıqdırsa onları gimnastika, atletika və futbol kimi sürət tələb edən idman növlərinə yönləndirin. Yekun nəticədə fiziki imkanları nəzərə almasaq belə, biz bir valideyn olaraq övladımızın sağlam orqanizimdə böyüməsinə nail olacağıq. Bir məsələni də qeyd edək ki, uşaqlar lap kiçik yaşlarından çevik və dəcəl olurlar. Bu da başa düşüləndir. Onların daxilində yüksək enerji var. Bu enerjini xəcləmədikcə onlar özlərini narahat hiss edir, xoşagəlməz hadisələrin səbəbkarı olurlar. Həmin enerjini idman və fiziki hərəkətlərə yönəltmək daha qənaətbəxşdir.

İdmanla məşğul olan övladınızın ilk azarkeşi
siz olun
Məşq və yarışlarda övladınızın çıxışlarını daha yaxından izləyin. Çalışın ki, məşqçi ilə birlikdə üçlük yarada biləsiniz. Belə olduğu təqdirdə siz övladınızın idmandakı uğurlarına daha böyük dəstək vermiş olacaqsınız. Məşqlərdən sonra məşqçidə müşahidə etdiyiniz müsbət xüsusiyyətləri övladınıza danışın. Bildirin ki, övladınızın böyük idmanda uğur qazanmasında sizinlə bərabər məşqçinin də rolu az olmayacaq. Hətta məşqçi övladınızla sərt davrandığı təqdirdə hadisələrə müdaxilə etməyin. Bir qədər səbrli olun. Əgər bunu etsəniz, övladınız ruhdan düşəcək, məşqçi isə ondan öz tövsiyyələrini əsirgəmiş olacaq. Bir sözlə, tərəfkeşliyi bir kənara qoymaq ən yaxşı addım olar.
"İdmançı çempion"un dəyişməyən
formulası
Artıq idmanda böyük uğurlara imza atan övladınızın yeni formulası formalaşıb. O, bir idmançı kimi çempionluğa doğru irəliləyir. Bundan əlavə o, qorxusuz böyüyür, peşəkarlığa gedən yolun astanasındadır. Hər gün yeni bir təcrübə ilə rastlaşan övladınız yaxşı ilə pisi ayırd edə bilir. Onun güclü olmasında ailənizin, dostlarının və məşqçisinin xüsusi rolu var. O, artıq psixoloji cəhətdən sağlam bir mühitdə formalaşır, pis vərdişləri özünə yaxın buraxmır. Ən əsası o, seçdiyi yoldan təəssüflənmir, əksinə bununla qürur duyur. Nəticədə o, gələcəkdə seçdiyi idman növü üzrə çempion ola biləcək ən yaxşı namizədlərdən biridir.
Anar Əhmədov
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK