Azərbaycan triatlonçusu Rostislav Pevtsov İspaniyanın Valensiya şəhərində keçirilən dünya kuboku yarışının növbəti mərhələsində 20-ci yeri tutub. Bu nəticə idmançıya şəxsi reytinqini yaxşılaşdırmaq imkanı yaradıb. O, beynəlxalq reytinq cədvəlində 6 pillə irəliləyərək, 64-cü yerə yüksəlib.
R.Pevtsov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün reytinqdə ilk 55 idmançı arasında olmalıdır.
Qeyd edək ki, dünya kuboku yarışında braziliyalı Manoel Messias qızıl, ispaniyalı Mario Mola gümüş, ABŞ-dan olan Metyu Makelroy isə bürünc medal qazanıblar.